• $ 1.7
  • € 2.0162
  • ₽ 0.022434
  • ₺ 0.0392
  • £ 2.3224

"Borussiya" və "Yuventus"dan qələbə

23.11.2016 09:38
Bu gün futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin V turunun ilk oyunları keçiriləcək.

Sport7.az xəbər verir ki, futbol həvəskarları bir-birindən maraqlı 8 qarşılaşmanı izləmək imkanı qazanacaqlar. Meydana çıxacaq komandalar arasında Madrdid "Real"ı, "Borussiy", "Yuventus" və "Sevilya" kimi komandalar var.

E qrupunda Rusiya təmsilçisi ÇSKA Almaniya "Bayer"ini qəbul edəcək. Meydan sahibləri qələbə qazanacağı təqdirdə sonuncu pillədən xilas ola bilər. ÇSKA-nın 3-cü pilləyə qalxması digər oyunun nəticəsindən də asılıdır. Bunun üçün qrupa liderlik edən Fransa "Monako"su evdə İngiltərənin "Tottenhem" klubunu məğlub etməlidir. "Monako" qələbə qazanarsa, növbəti mərhələni təmin edəcək. "Bayer" isə növbəti mərhələni erkən təmin etmək üçün bugünkü oyunda 3 xal əldə etməli və Fransa klubunun qalib gəlməsini gözləməlidir.

F qrupunun lideri "Borussiya" klubu Polşa "Legiya"sını sınağa çəkəcəksə, İspaniya "Real"ı isə Portuqaliyanın "Sportinq" klubunun qonağı olacaq. Dortmund təmsilçisi 3 xal sayəsində birinci pillədə möhkəmlənəcək. Madrid klubu qələbə qazanacağı təqdirdə "Borussiya" xal itirsə, birinci pilləyə yüksələcək. Artıq "Borussiya" növbəti mərhələni təmin edibsə, madridlilər heç-heçə sayəsində də buna nail olacaq.

G qrupunun lideri İngiltərə "Lester"i qrupun autsayderi olan Belçikanın "Brügge" klubunu sınağa çəkəcək. İngiltərə təmsilçisi heç-heçə sayəsində 1/16 bir finala vəsiqəni rəsmən təmin edəcək. Növbəti oyunda isə "Kopenhagen" və Portuqaliya "Portu"su Danimarkada münasibətlərinə aydınlıq gətirəcək. Meydan sahibləri də oyunu ən azından heç-heçə ilə başa vurarsa, növbəti mərhələyə adını yazdıracaq.

H qrupunda da mübarizə əsasən iki komanda arasında gedir. İspaniyada keçiriləcək "Sevilya" - "Yuventus" matçını günün mərkəzi oyunu adlandırmaq olar. Bu görüşün qalibi qrupda birinci yerə sahib çıxmaqdan əlavə, növbəti mərhələyə də vəsiqəni təmin etmiş olacaq. Xorvatiyanın "Dinamo" klubu Zaqrebdə Fransa "Lion"unu sınağa çəkəcək. Zaqreb təmsilçisi ən azından üçüncü yer tutaraq Avropa Liqasına yollanmaq üçün qarşıdakı iki görüşdə mütləq qələbə qazanmalı və bugünkü rəqibinin məğlubiyyətini gözləməlidir.

Görüşlər yekunlaşıb. Sport7.az 8 matçda qeydə alınan nəticələri təqdim edir:

Çempionlar Liqası, qrup mərhələsi, V tur
 
22 noyabr
 
E qrupu

MOİK (Moskva, Rusiya) – "Bayer” (Almaniya) - 1:1
Qollar: Naço, 76 (pen.) - Volland, 16
 
"Monako” (Fransa) – "Tottenhem” (İngiltərə) - 2:1
Qollar: Sidibe, 48, Lemar, 53 - Keyn, 52 (pen.)

F qrupu

"Borussiya” (Dortmund, Almaniya) – "Legiya” (Polşa) - 8:4
Qollar: Kaqava, 17, 18, Nuri, 20, Dembele, 29, Roys, 32, 52, Passlak, 81 - Priyoviç, 10, 24, Kuçarçik, 57, Nikoliç, 83
 
"Sportinq” (Portuqaliya) – "Real” (İspaniya) - 1:2
Qollar: Silva, 80 (pen.) - Varan, 29, Benzema, 87

G qrupu

"Lester” (İngiltərə) – "Brügge” (Belçika) - 2:1
Qollar: Okazaki, 5, Mahrez, 30 (pen.) - İzkerdo, 52
 
"Kopenhagen” (Danimarka) – "Porto” (Portuqaliya) - 0:0

H qrupu

"Sevilya” (İspaniya) – "Yuventus” (İtaliya) - 1:3
Qollar: Parexa, 9 - Markizio, 45+1 (pen.) Bonuççi, 84
 
"Dinamo” (Zaqreb, Xorvatiya) – "Lion” (Fransa) - 0:1
Qol: Lakazet, 72
 
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rumıniyada oyun zamanı futbolçu öldü - VİDEO
İdman 12:18
Rumıniyada oyun zamanı futbolçu öldü - VİDEO
Pirlo:
İdman 09:38
Pirlo: "Terimin taktiki savadı çox aşağı idi, ancaq qışqırıb-bağırırdı"
Zabit Səmədova Çeçenistanda yeni vəzifə verildi
İdman 08:25
Zabit Səmədova Çeçenistanda yeni vəzifə verildi
“DÇ-2018”-in seçmə mərhələsinin oyunları keçirilib – NƏTİCƏLƏR
İdman 05:21
“DÇ-2018”-in seçmə mərhələsinin oyunları keçirilib – NƏTİCƏLƏR
Güləşçilərimiz dünya çempionatının finalına yüksəldi
İdman 04:41
Güləşçilərimiz dünya çempionatının finalına yüksəldi
Avropa çempionatını Azərbaycanda iki kanal birgə yayımlayacaq
İdman 02:54
Avropa çempionatını Azərbaycanda iki kanal birgə yayımlayacaq
Rio-2016: Azərbaycan idmançıları 18 medal qazandılar
İdman 02:50
Rio-2016: Azərbaycan idmançıları 18 medal qazandılar
Rio-2016: Azərbaycan ikinci medalını qazandı
İdman 02:22
Rio-2016: Azərbaycan ikinci medalını qazandı
İdman 01:34
"Bakıda "Formula-1" trası dünyada ən sürətli olacaq"
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol