• $ 1.7
  • € 2.0045
  • ₽ 0.021798
  • ₺ 0.0397
  • £ 2.2973

Yeni lokomotiv və qatarlar alınacaq - FOTOLAR

Yeni lokomotiv və qatarlar alınacaq - FOTOLAR
24.11.2016 21:39
Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) tərəfindən təşkil edilən aylıq işgüzar nahar çərçivəsində Palatanın üzvləri "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla görüşüb.

ANN.Az xəbər verir ki, tədbirdə çıxış edən "AmCham”ın icraçı direktoru Natəvan Məmmədova qonaqlara qarşıdan gələn "Black and Ball” və Azərbaycan-ABŞ biznes-forumu barədə məlumat verib. O, həmçinin Nuran Kərimovu "AmCham”ın yeni vitse-prezidenti seçilməsi münasibətilə təbrik edib.

Öz növbəsində tədbirdə çıxış edən Cavid Qurbanov "AmCham”ın bütün üzvlərini və tədbirə qatılmış ABŞ, İsveçrə, Fransa və Meksikanın Azərbaycandakı səfirlərini salamlayaraq təşəkkürünü bildirib. O, həmçinin bildirib ki, Azərbaycan ərazisinə görə kiçik ölkə olmasına baxmayaraq, dünyanın mərkəzində yerləşir və Şərqlə Qərb arasında körpü rolunu oynayır.

 
Cavid Qurbanov qeyd edib: "Yerləşməmiz bizə loqistika imkanlarımızı dəstəkləməyi və onları inkişaf etdirməyi tələb edir. Azərbaycan Prezidenti İlham Əliyev ölkənin inkişafına xüsusi diqqət yetirir, son illərdə 6 hava limanı və 12 min km yol tikilib. Dəmir yolları da burada böyük rol oynayır. Artıq iki ildir ki, "Azərbaycan Dəmir Yolları” QSC islahatlar həyata keçirir və işçilərin aylıq məvacibini artırmağa və işə yeni əməkdaşlar cəlb etməyə çalışır. Eyni zamanda, biz binalarının müasirləşdirilməsinə də diqqət yetiririk, xüsusən də Sumqayıt ərazisində”.

Cavid Qurbanov Mərkəzi Stansiyanın hazırda təmirdə olduğunu və artıq dekabrın 24-də yeni mərkəzi stansiyanın qapılarını sərnişinlərə açacağını bildirib. O, həmçinin qeyd edib ki, Bakı-Sumqayıt marşrutunda sərnişinlərin sayı artıb və yeni stansiyaların açılması, yeni lokomotiv və qatarların alınması nəzərdə tutulur. Bunula yanaşı, ADY Bakı-Pirşağı-Sumqayıt istiqamətində 29,2 km uzunluğunda dairəvi dəmir yolunun tikintisinə başlayacaq.

QSC-nin rəhbəri biletlərin onlayn satış sistemi, ötən il ərzində ADY tərəfindən alınan yeni lokomotivlər və elektrik qatarları barədə məlumat verib və bildirib ki, Naxçıvan-Məşəd marşrutu üzrə sərnişin qatarları noyabr ayının sonundan etibarən istismara veriləcək. Sözügedən marşrut iki ölkə arasında turizm əlaqələrinin davamlı inkişafına dəstək olacaq.

 
Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsi olaraq Azərbaycan və İran sərhəddində Astaraçay üzərində dəmiryolu körpüsünün inşası bu ilin dekabr ayında yekunlaşacaq. Cavid Qurbanov bildirib ki, dəmiryolunun Astara stansiyasından İran sərhəddində körpüyədək olan 8,3 km hissəsi artıq hazırdır və sınaqdan keçirilib. Şimal-Cənub nəqliyyat dəhlizi Şimali Avropa ilə Cənub-Şərqi Asiyanı birləşdirməyi nəzərdə tutur. Dəhliz Azərbaycan, İran və Rusiya dəmir yollarını əlaqələndirəcək.

Tədbirin sonunda Cavid Qurbanov "AmCham”ın üzvlərinə və tədbir iştirakçılarına təşəkkür edib və ADY-nın gələcəkdə də Palata ilə məhsuldar əməkdaşlığına inandığını bildirib.
 
Kamil ƏMİRLİ

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
İqtisadiyyat 16:33
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
İqtisadiyyat 09:33
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
Bu günə olan məzənnə
İqtisadiyyat 09:21
Bu günə olan məzənnə
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
İqtisadiyyat 09:14
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
İqtisadiyyat 15:28
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
Qızıl bahalaşıb
İqtisadiyyat 10:13
Qızıl bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:40
Azərbaycan nefti bahalaşıb
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:35
Avro və rubl bahalaşıb - Məzənnə
SOCAR Türkiyədə 870 MVt-lıq elektrik stansiyasını 225 milyon dollara alıb
İqtisadiyyat 14:43
SOCAR Türkiyədə 870 MVt-lıq elektrik stansiyasını 225 milyon dollara alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol