• $ 1.7
  • € 2.0045
  • ₽ 0.021798
  • ₺ 0.0397
  • £ 2.2973

Qiymət artımı "Azercell"in tariflərinə təsir edəcək?

Qiymət artımı
29.11.2016 13:20
"Tarif Şurasının verdiyi qərardan sonra təbii olaraq, bizim də xərclərimiz artacaq. Ancaq bunun qiymətlərə təsiri olmayacaq”.

ANN.Az xəbər verir ki, bunu Azercell Telecom şirkətinin prezidenti Vahid Mürsəliyev jurnalistlərə açıqlamasında deyib.
 
Onun sözlərinə görə, hazırda dünyada iqtisadi problemlər yaşanır:

"Ölkəmiz üçün də bu problemlər qaçınılmaz deyil. İri şirkət olduğumuzdan bu vəziyyətdən kənarda qala bilmərik. Buna baxmayaraq, xərclərimizi düzgün idarə etməyi bacardığımızdan, qiymətlərdə heç bir dəyişiklik baş verməyəcək”.

Vahid Mürsəliyev bildirib ki, "Azercell” 2017-ci ildə abunəçilərə 15 milyon manatlıq smartfon təqdim edəcək.
 
 
 
Şirkət prezidentinin sözlərinə görə, smartfonların əksəriyyəti "İPhone” modeli olacaq:

"Növbəti il 15 mln. manatlıq smartfon gətirib abunəçilərimizə müxtəlif kampaniyalar çərçivəsində paylamaq istəyirik ki, onlar da mobil internetdən istifadə edə bilsinlər”.

Vahid Mürsəliyev bildirib ki, bu il ilkin mərhələdə 2 minə qədər "İPhone 7” smartfonunun abunəçilərə verilib.

Orxan Aslanlı

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
İqtisadiyyat 16:33
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
İqtisadiyyat 09:33
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
Bu günə olan məzənnə
İqtisadiyyat 09:21
Bu günə olan məzənnə
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
İqtisadiyyat 09:14
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
İqtisadiyyat 15:28
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
Qızıl bahalaşıb
İqtisadiyyat 10:13
Qızıl bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:40
Azərbaycan nefti bahalaşıb
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:35
Avro və rubl bahalaşıb - Məzənnə
SOCAR Türkiyədə 870 MVt-lıq elektrik stansiyasını 225 milyon dollara alıb
İqtisadiyyat 14:43
SOCAR Türkiyədə 870 MVt-lıq elektrik stansiyasını 225 milyon dollara alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol