• $ 1.7
  • € 2.0045
  • ₽ 0.021798
  • ₺ 0.0397
  • £ 2.2973

"İKT sahəsində artıq yaxşı nəticələr əldə edilir" - İlham Əliyev

29.11.2016 14:12
Azərbaycan prezidenti İlham Əliyev Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Houlin Jaonu qəbul edib.
 
Houlin Jao Bakıda keçirilən XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları ("Bakutel-2016”) sərgi və konfransının əhəmiyyətini vurğulayaraq, builki tədbirdə daha çox ölkənin öz stendləri ilə təmsil olunduğunu və yeni şirkətlərin iştirak etdiyini bildirib və bunu ölkəmizə olan marağın göstəricisi kimi dəyərləndirib.
 
H. Jao prezident İlham Əliyevin informasiya-kommunikasiya texnologiyaları sahəsinə verdiyi böyük dəstəyi vurğulayaraq bu sahədə Azərbaycanın çoxsaylı tərəfdaşlarının olduğunu deyib.
 
Prezident İlham Əliyev informasiya-kommunikasiya texnologiyaları sahəsində artıq yaxşı nəticələrin əldə edildiyini bildirib, ölkəmizdə keçirilən Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi və konfransının artıq yaxşı bir ənənəyə çevrildiyini, bu tədbirin regionda bu tipli yeganə sərgi və konfrans olduğunu məmnunluqla qeyd edib. Dövlət başçısı XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi və konfransında yüzdən artıq şirkətin təmsil olunduğunu, ölkəmizin informasiya-kommunikasiya texnologiyaları sahəsində çoxsaylı aparıcı şirkətlərlə tərəfdaşlıq əlaqələri qurduğunu deyib.
 
Prezident İlham Əliyev İKT sahəsinə verdiyi dəstəyə görə H. Jaoya təşəkkürünü bildirərək, onunla görüşün birgə əməkdaşlıq məsələlərinin müzakirəsi baxımından əhəmiyyətini vurğulayıb.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
İqtisadiyyat 16:33
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
İqtisadiyyat 09:33
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
Bu günə olan məzənnə
İqtisadiyyat 09:21
Bu günə olan məzənnə
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
İqtisadiyyat 09:14
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
İqtisadiyyat 15:28
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
Qızıl bahalaşıb
İqtisadiyyat 10:13
Qızıl bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:40
Azərbaycan nefti bahalaşıb
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:35
Avro və rubl bahalaşıb - Məzənnə
SOCAR Türkiyədə 870 MVt-lıq elektrik stansiyasını 225 milyon dollara alıb
İqtisadiyyat 14:43
SOCAR Türkiyədə 870 MVt-lıq elektrik stansiyasını 225 milyon dollara alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol