• $ 1.7
  • € 2.0045
  • ₽ 0.021798
  • ₺ 0.0397
  • £ 2.2973

AZALJET Moskvaya müntəzəm reyslərin sayını artırır

AZALJET Moskvaya müntəzəm reyslərin sayını artırır
29.11.2016 14:38
"Azərbaycan Hava Yolları" (AZAL) Bakıdan Moskvaya, "Vnukovo" Hava Limanına müntəzəm reyslərin sayını artırır.

Bundan sonra 2017-ci ilin mart ayından etibarən Heydər Əliyev Beynəlxalq Hava Limanından "Vnukovo" Hava Limanına hər gün iki reys yerinə yetiriləcək.

Müvafiq sazişi AZAL aviaşirkətinin vitse-prezidenti Eldar Hacıyev və "Vnukovo" Hava Limanının baş direktoru Vasiliy Aleksandrov noyabrın 29-da Moskvada imzalamışdırlar.

Heydər Əliyev Beynəlxalq Hava Limanından uçuş yerli vaxtla səhər saat 08:00-da və 16:30-da, Moskvaya eniş - saat 10:10-da və 18:40-da. "Vnukovo" Hava Limanından uçuş yerli vaxtla saat 11:10-da və 19:40-da, Bakıya eniş yerli vaxtla saat 15:00-da və 23:30-da.

Moskvaya reyslər AZALJET aşağı büdcəli brendi altında komfortlu Airbus A319 laynerləri ilə həyata keçirilir.

Hazırda "Azərbaycan Hava Yolları" Rusiyanın dörd şəhərinə müntəzəm reyslər həyata keçirir: "Vnukovo" Hava Limanı ilə yanaşı, AZALJET Moskva "Domodedovo" Hava Limanına, Sankt-Peterburq ("Pulkovo"), Mineralnie Vodı və Kazana reyslər yerinə yetirir. Həmçinin Gəncədən Sankt-Peterburqa müntəzəm aviareys həyata keçirilir.

Aviabiletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında, həmçinin aviaşirkətin rəsmi agentliklərində əldə etmək mümkündür.

Reys çərçivəsində AZAL Miles bonus proqramından istifadə etmək mümkündür.

AZAL Miles bonus proqramı haqqında ətraflı məlumat aviaşirkətin rəsmi internet saytında verilmişdir: www.azal.az/az/azal-miles/miles-programme. Proqram iştirakçısı olmayan şəxslər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilər: fj2.loyaltyplus.aero/j2loyalty/register.jsf

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:

(+99412) 598-88-80;

*8880. 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
İqtisadiyyat 16:33
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
İqtisadiyyat 09:33
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
Bu günə olan məzənnə
İqtisadiyyat 09:21
Bu günə olan məzənnə
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
İqtisadiyyat 09:14
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
İqtisadiyyat 15:28
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
Qızıl bahalaşıb
İqtisadiyyat 10:13
Qızıl bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:40
Azərbaycan nefti bahalaşıb
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:35
Avro və rubl bahalaşıb - Məzənnə
SOCAR Türkiyədə 870 MVt-lıq elektrik stansiyasını 225 milyon dollara alıb
İqtisadiyyat 14:43
SOCAR Türkiyədə 870 MVt-lıq elektrik stansiyasını 225 milyon dollara alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol