• $ 1.7
  • € 2.0045
  • ₽ 0.021798
  • ₺ 0.0397
  • £ 2.2973

Asim Mollazadə Xocalı soyqırımı ilə bağlı məhkəmə prosesinə başlamağı təklif etdi

Asim Mollazadə Xocalı soyqırımı ilə bağlı məhkəmə prosesinə başlamağı təklif etdi
29.11.2016 14:54
Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Azərbaycanın Xocalı soyqırımı ilə bağlı məhkəmə prosesinə başlamasının dünyada böyük əks-səda doğura biləcəyini deyib.

O, bu barədə fikirlərini Milli Məclisin, "Qüdrətli Azərbaycan Naminə” İctimai Birliyinin və Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Döstəyi Şurasının birgə hazırladığı "Soyqırımı və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasının hüquqi aspektlərinin öyrənilməsi” layihəsinin təqdimat mərasimində səsləndirib.

Məsələyə daha real prizmadan yanaşmağı təklif edən deputat, Azərbaycanın bu məsələdə gecikdiyini qeyd edib.

"BMT Təhlükəsizlik Şurasının bununla bağlı hansısa addım ata biləcəyinə bizim ümidimiz yoxdur. Amma beynəlxalq məhkəmə cinayətkarları cəzalandıra bilər. Ölkəmiz beynəlxalq hüquqşünasların iştirakı ilə Azərbaycanda belə bir məhkəmə prosesinin keçirilməsinə nail olmalıdır. Hazırda 38 erməni cinayətkarı Ermənistanda və Rusiyada yaşayır. Azərbaycan Rusiya ilə imzaladığı sazişə istinad edərək bu cinayətkarların Azərbaycana təhvil verilməsinə nail olmalıdır. Bu gün yenə də Rusiya və Ermənistan hərbi qüvvələri birləşib. Xocalı soyqırımında da Rusiyanın 366-cı alayı iştirak edib. Ancaq biz heç yerdə bunu tələb etmirik. Azərbaycan Xocalı soyqırımı ilə bağlı məhkəmə prosesinə başlasa, dünyada böyük əks-sədası olar” – deyə Asim Mollazadə bildirib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kadırov Prezidenti təbrik edib
Siyasət 20:29
Kadırov Prezidenti təbrik edib
Prezidentdən Daxili Qoşunlarla bağlı - Fərman
Siyasət 18:43
Prezidentdən Daxili Qoşunlarla bağlı - Fərman
2026-2030-cu illər üçün Dövlət Proqramı təsdiqləndi
Siyasət 14:27
2026-2030-cu illər üçün Dövlət Proqramı təsdiqləndi
Prezident onları təltif edib - Sərəncam
Siyasət 13:51
Prezident onları təltif edib - Sərəncam
İlham Əliyev adını tarixə qızıl hərflərlə yazdı -Mixail Saakaşvili
Siyasət 09:39
İlham Əliyev adını tarixə qızıl hərflərlə yazdı -Mixail Saakaşvili
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Siyasət 20:32
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Zakir Həsənov Liviyaya başsağlığı verib
Siyasət 18:33
Zakir Həsənov Liviyaya başsağlığı verib
Maya Sandu Prezident İlham Əliyevi təbrik edib
Siyasət 18:14
Maya Sandu Prezident İlham Əliyevi təbrik edib
Əliyev və Mehriban Əliyeva Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak ediblər
Siyasət 17:35
Əliyev və Mehriban Əliyeva Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol