• $ 1.7
  • € 2.0045
  • ₽ 0.021798
  • ₺ 0.0397
  • £ 2.2973

Prezident yaşıllıqların mühafizəsi ilə bağlı fərman verdi

Prezident yaşıllıqların mühafizəsi ilə bağlı fərman verdi
01.12.2016 22:09

Azərbaycan prezidenti İlham Əliyev tikinti fəaliyyəti həyata keçirilərkən yaşıllıqların mühafizəsi və sürüşmə zonalarında təhlükəsizliyin təmin olunması sahəsində əlavə tədbirlər haqqında fərman imzalayıb.

ANN.Az-ın məlumatına görə, Nazirlər Kabinetinə Azərbaycan şəhərlər və rayon inzibati ərazi vahidlərinin mərkəzi olan qəsəbələrdə tikinti aparılması üçün yararlı olan torpaq sahələrini müəyyən etmək məqsədi ilə, həmin şəhər və qəsəbələrin yaşıllıq ərazilərinin (ağac, kol, gül-çiçək və ot bitkiləri ilə əhatə olunan torpaq sahələri ayrı-ayrılıqda göstərilməklə) sərhədlərinin qrafik təsvirini (müvafiq döngə nöqtələri və onların koordinatları) əks etdirən xəritələri kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda, gücləndirilmiş elektron imzalı) bir il müddətində təsdiq edib Azərbaycan prezidentinə məlumat vermək tapşırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş torpaq sürüşməsi olan ərazilərin elektron xəritələrinin bir ay müddətində, elektron xəritələrin isə həmin xəritələrin təsdiq edilməsindən sonra on gün müddətində öz rəsmi internet səhifələrində (ArcGİS proqramında mdb formatda) yerləşdirilməsini təmin etməlidir.

Öz növbəsində yerli icra hakimiyyəti orqanları Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş torpaq sürüşməsi olan ərazilərin elektron xəritələrinin müvafiq şəhər və rayon inzibati ərazi vahidlərinə aid hissəsinin bir ay müddətində, elektron xəritələrin müvafiq şəhər və rayon inzibati ərazi vahidlərinə aid hissəsinin isə həmin xəritələrin təsdiq edilməsindən sonra on gün müddətində öz rəsmi internet səhifələrində (ArcGİS proqramında mdb formatda) yerləşdirilməsini təmin etməlidir. 


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
İqtisadiyyat 16:33
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
İqtisadiyyat 09:33
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
Bu günə olan məzənnə
İqtisadiyyat 09:21
Bu günə olan məzənnə
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
İqtisadiyyat 09:14
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
İqtisadiyyat 15:28
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
Qızıl bahalaşıb
İqtisadiyyat 10:13
Qızıl bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:40
Azərbaycan nefti bahalaşıb
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:35
Avro və rubl bahalaşıb - Məzənnə
SOCAR Türkiyədə 870 MVt-lıq elektrik stansiyasını 225 milyon dollara alıb
İqtisadiyyat 14:43
SOCAR Türkiyədə 870 MVt-lıq elektrik stansiyasını 225 milyon dollara alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol