• $ 1.7
  • € 1.9753
  • ₽ 0.021795
  • ₺ 0.0422
  • £ 2.2774

Təhsil Nazirliyi: Son 20 ildə 25 mindən çox diplomun 25-30 faizi tanınmayıb

Təhsil Nazirliyi: Son 20 ildə 25 mindən çox diplomun 25-30 faizi tanınmayıb
02.12.2016 13:53
"Xarici ölkələrin ali məktəbləri tərəfindən verilmiş diplomların arasında da saxta olanları var. Hazırda onun neçə faiz təşkil etdiyini deyə bilmərik. Biz idarə olaraq saxta diplomların müəyyənləşdirilməsinə deyil, diplomların əldə olunmasının Azərbaycanın nostrifikasiya prosedurları ilə ziddiyyət təşkil edib-etməməsinə baxaraq tanınmasına qərar veririk”.
 
ANN.Az APA-ya istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi səlahiyyətlərini icra edən Samir Vəliyev deyib.
 
Onun sözlərinə görə, diplomların tanınmaması onun saxta olduğu anlamına gəlmir:
 
"Xaricdə təhsil almağa üz tutan şəxs ilk növbədə düşünməlidir ki, daha yaxşı təhsil arxasınca gedir. Buna həm vəsait, həm də zaman sərf olunur.Diplom nostrifikasiya prosedurlarına uyğun olaraq əldə olunmalıdır ki, sonradan ölkə tərəfindən tanınsın”.
 
S.Vəliyev əlavə edib ki, 2007-ci ildən bu günə qədər nazirliyə xarici ölkə ali məktəbləri tərəfindən verilən diplomlarının tanınması ilə bağlı 25 mindən çox müraciətlər olub. Onların 70-75 faizinin təsdiqləndiyini deyən nazirlik rəsmisi vurğulayıb ki, yerdə qalan diplomlar bu və ya digər səbəbdən tanınmayıb:
 
"Tanınmamağın əsas səbəbi təhsil alan şəxsin mövcud qaydalara uyğun normativ müddət tələblərinə cavab verməməsidir. Nostrifikasiya ilə əlaqədar şəxsin gediş-gəlişini təsdiqləyən məlumatlar alırıq. Normativ müddət uyğun gəlmirsə, biz diplomların tanınmasından imtina edirik. Tanınmayan diplomlar arasında MDB ölkələri, Rusiya, Ukrayna və Gürcüstan ali məktəbləri tərəfindən verilən diplomlar çoxluq təşkil edir”.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şahin Şıxlinski axtarışa verilib
Cəmiyyət 20:37
Şahin Şıxlinski axtarışa verilib
Şüvəlanda bir nəfər dənizdə batıb
Cəmiyyət 20:11
Şüvəlanda bir nəfər dənizdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 19:25
Bu ərazilərdə qaz olmayacaq
İyulun 6-da keçirilmiş qəbul imtahanının nəticələri açıqlanıb
Cəmiyyət 19:10
İyulun 6-da keçirilmiş qəbul imtahanının nəticələri açıqlanıb
Batma təhlükəsi ilə üzləşən yeniyetmələr xilas edilib - Video
Cəmiyyət 18:51
Batma təhlükəsi ilə üzləşən yeniyetmələr xilas edilib - Video
Laçında dağlıq ərazidə baş verən yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 18:31
Laçında dağlıq ərazidə baş verən yanğın söndürülüb - Yenilənib
“8-ci km Ticarət Mərkəzi”nin adı dəyişdirilib
Cəmiyyət 18:30
“8-ci km Ticarət Mərkəzi”nin adı dəyişdirilib

Bakıda 3 prokurorluq əməkdaşı intizam tənbeh tədbiri qismində vəzifədən azad olunub
Cəmiyyət 17:27
Bakıda 3 prokurorluq əməkdaşı intizam tənbeh tədbiri qismində vəzifədən azad olunub
Bakıda 6 ayda 12 qəsdən adam öldürmə cinayəti baş verib
Cəmiyyət 16:31
Bakıda 6 ayda 12 qəsdən adam öldürmə cinayəti baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol