• $ 1.7
  • € 2.0045
  • ₽ 0.021798
  • ₺ 0.0397
  • £ 2.2973

Azərbaycanda internetin sürəti niyə zəifləyib? – SƏBƏBLƏR

Azərbaycanda internetin sürəti niyə zəifləyib? – SƏBƏBLƏR
06.12.2016 10:49
Son günlər ölkədə internetin sürəti zəifləyib.
 
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Modern.az-a açıqlamasında ölkədəki internetin ümumi sürətinin zəifləməsinə belə aydınlıq gətirib.

"Azərbaycanda adambaşına düşən internet sürəti həcminə görə elə də yüksək səviyyədə olan ölkələr sırasında deyil. Beynəlxalq qurumlarda  bununla bağlı statistika var.
 
Hətta, statistik hesabatlarda Azərbaycan qonşu ölkələr olan Rusiya, Qazaxıstan, Türkiyə və digər ölkələrdə internetin sürəti adambaşına 8-10-15 mbt-dir. Bizdə isə 4-5-6 mbt-dir. Bizdə geniş sürətli internet infrastruktur əsasən telefon xətti üzərindədir. Yəni EDS texnologiyadır. Geniş sürətli internet əldə etməyin bir neçə texnoloji üsulu var.
 
Biri ADSL, digəri 3G-dir. Azərbaycanda ADSL-dən istifadə daha çoxdur. Bu isə artıq köhnəlmiş texnologiya hesab olunur. Biz ADSL-lə 10 mbt istəsək də bu mümkünsüzdür. Gedib provayderlə 10 mbt müqavilə bağlasaq, internet evimizə gəlib çatmayacaq. Ona görə də gərək bizim "Fiber” xəttimiz olsun. Hazırda Azərbaycanda texnoloji infrastruktur daha sürətli və keyfiyyətli internet almağa imkan vermir”.
Ekspert internetin zəifləməsinə görə, provayderlərə də diqqət çəkib.
 
"Normal infrastrukturla internet əldə etməməyin kökündə provayderlərin məsuliyyətsizliyi durur. İkincisi də infrastrukturun özünün köhnə olmasıdır. Telefon xətti köhnə, üstəgəl, provayderin məsuliyyətsizliyi var ki, müqavilədə olan sürəti sizə göndərmək üçün gərək provayderin özü normal internet ala.
 
Məsələn provayderin 1000 müştərisi varsa, ona uyğun "Delta Telekom”dan internet almalıdırlar. Amma provayderlər "Delta Telekom”dan az alıb çox adama verirlər. Burada da çəkidə aldatma baş verir. 4 mbt əvəzinə, 3 mbt verir. Amma 4 mbt-in pulunu alır. Bu da problemin bir hissəsidir”.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
İqtisadiyyat 16:33
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
İqtisadiyyat 09:33
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
Bu günə olan məzənnə
İqtisadiyyat 09:21
Bu günə olan məzənnə
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
İqtisadiyyat 09:14
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
İqtisadiyyat 15:28
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
Qızıl bahalaşıb
İqtisadiyyat 10:13
Qızıl bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:40
Azərbaycan nefti bahalaşıb
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:35
Avro və rubl bahalaşıb - Məzənnə
SOCAR Türkiyədə 870 MVt-lıq elektrik stansiyasını 225 milyon dollara alıb
İqtisadiyyat 14:43
SOCAR Türkiyədə 870 MVt-lıq elektrik stansiyasını 225 milyon dollara alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol