• $
  • £

Fransa incəsənəti Bakıda sərgilənir - FOTOLAR

Fransa incəsənəti Bakıda sərgilənir - FOTOLAR
08.12.2016 12:06
Azərbaycan Milli İncəsənət Muzeyində "Fransa incəsənəti Azərbaycan Milli Muzeyinin kolleksiyasından" adlı sərginin təntənəli açılış mərasimi keçirilib.
 
ANN.Az xəbər verir ki, sərgi İncəsənət Muzeyinin 80 illik yubileyinə və "Multikulturalizim - 2016" haqqında prezident İlham Əliyevin sərəncamı əsasında həyata keçirilir.
 
Sərginin təşkilatçısı muzeyin direktoru, professor Çingiz Fərzəliyevdir. 
 
 

Fransa səfirliyinin dəstəyilə baş tutan sərginin maliyyə xərclərinin bir hissəsini "Total” neft-qaz şirkəti qarşılayıb.

 
 
Bu ekspozisiyanın təsvirinə başlamazdan əvvəl qeyd edək ki, Fransanın mədəniyyət nümunələri, zəngin və rəngarəng kolleksiyaları İncəsənət Muzeyində xüsusi yer tutur. 

 
 
Bu sərgi vernisajlar içində ilkdir. Yaxın zamanlarda isə Niderland, Almaniya, Yaponiya, Britaniya və Çin sənət nümunələrindən ibarət əsərlər sərgilənəcək.

 
 
Artıq bir neçə ildir, incəsənət əsərləri muzeyin kolleksiyasında toplanır. Eksponatlar Moskva və Sank-Peterburqun tanınmış muzeylərindən, o cümlədən, Ermitaj muzeyindən və şəxsi kolleksiyalardan gətirilir. 

 
 
Buna görə də, muzeydə 300-dən artıq Fransa incəsənətinə aid eksponat nümayiş olunur. Buraya rəsm əsərləri, qrafika, heykəltəraşlıq, dekorativ sənət əşyaları, çini qab nümunələri, toxuculuq məhsulları, metal nümunələri, mebel və aksessuarlar  daxildir.  

 
 
Muzeydəki sərgi salonuna daxil olan zaman fransız incəsənətinin qəribə və özünəməxsus ab-havası hiss olunur. Sərgidə ilk olaraq, çini sənət əsərləri xüsusi diqqət çəkir.

Ekspozisiya rəngarəng və yüksək zövqlə tərtib edilib. Sərgidə 30-dan çox eksponat nümayiş etdirilir. 

 
 
Rəsm əsərlərin sujet xəttinin əsasını mənzərələr, natürmortlar, portretlər, eləcə də, məişət mövzusu təşkil edir. Rəsm əsəri barədə müəyyən təəssürat yaratmaq  üçün sadəcə görüntü deyil, sujet xətti də əsas rol oynayır. 

Bu baxımdan, Çingiz Fərzəliyev komandası ilə birlikdə bu işin öhdəsindən layiqincə gələn incəsənət xadimlərindəndir.

 
 
Fransa heykəltəraşlığı isə yığcam forma və məzmununa görə təqdim olunur. Hər iş  - az da olsa, Fransa mədəniyyəti haqqında təssəvür formalaşdırmaq imkanı verir.  Bu əsərlərin əsas hissəsi interyer bəzəyi üçün nəzərdə tutulub.

 
 
Sərgilənən qrafik əsərlərin böyük hissəsi məşhurların ədəbi əsərlərindən illüstrasiyalar, tanınmış teatr tamaşaları, eləcə də, mifoloji sujetlərdən ibarətdir.

Sərgi haqqında danışarkən xüsusi maraq kəsb edən çini və dekorativ - tətbiqi sənətini xüsusi qeyd etmək lazımdır.

 
 
Buna görə də, 2017-ci ilin yanvar ayının 26-dək davam edəcək sərgi ilə tanış olmaq üçün Nizami küçəsi 9/11 ünvanında yerləşən Azərbaycan Milli incəsənət Muzeyinə getmək kifayyətdir. 

 
 
Qeyd edək ki, sərgiyə giriş bilətlədir.  

ANN.Az daim paytaxtımızda mədəniyyət, elm, təhsil sahəsində keçirilən tədbirləri diqqət mərkəzində saxlayır.

 
 
"Fransa incəsənəti Azərbaycan Milli Muzeyinin kolleksiyasından" adlı sərgidən fotoları təqdim edirik:

Rüstəm Qasımov  


































www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mədəniyyət 13:59
"Selfinaz 2"-nin qala gecəsi baş tutdu - GÖRÜNTÜLƏR
Müşviq Abbasov yalan danışır? - Foto
Mədəniyyət 23:07
Müşviq Abbasov yalan danışır? - Foto
“Bəyin oğurlanması”nın “Əhməd dayı”sı vəfat etdi – FOTO
Mədəniyyət 15:00
“Bəyin oğurlanması”nın “Əhməd dayı”sı vəfat etdi – FOTO
KVN komandası “Şuşa”nı “Buta”ya dəyişdi
Mədəniyyət 21:11
KVN komandası “Şuşa”nı “Buta”ya dəyişdi
Teymur Rəcəbov evləndi - Fotolar
İdman 20:49
Teymur Rəcəbov evləndi - Fotolar
Əməkdar artist vəfat etdi
Mədəniyyət 23:45
Əməkdar artist vəfat etdi
Zemfira Nərimanovanın illər sonra ilk FOTOSU
Mədəniyyət 19:26
Zemfira Nərimanovanın illər sonra ilk FOTOSU
Azərbaycan “Uşaq Avroviziyası - 2021”də beşinci oldu - Video+Yenilənib
Mədəniyyət 22:04
Azərbaycan “Uşaq Avroviziyası - 2021”də beşinci oldu - Video+Yenilənib
Azərbaycanda Əməkdar artist vəfat edib - FOTO
Mədəniyyət 09:16
Azərbaycanda Əməkdar artist vəfat edib - FOTO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol