• $ 1.7
  • € 2.0045
  • ₽ 0.021798
  • ₺ 0.0397
  • £ 2.2973

“Reklam haqqında” qanuna dəyişiklik edildi

“Reklam haqqında” qanuna dəyişiklik edildi
07.12.2016 20:30
Azərbaycan Prezidenti İlham Əliyev "Reklam haqqında” qanunda dəyişiklik edilməsi barədə” 2016-cı il 28 oktyabr tarixli qanunun tətbiqi barədə fərman imzalayıb.

ANN.Az-ın məlumatına görə, dəyişikliyə əsasən, 32.1-ci maddəsinin birinci cümləsinə "müəyyən edilmiş” sözlərindən əvvəl "maliyyə bazarlarına nəzarət orqanı tərəfindən” sözləri əlavə edilir:

"32.1. İdman mərc oyunlarının, lotereyaların (stimullaşdırıcı lotereya istisna edilməklə) reklamının sifarişçisi qismində müvafiq icra hakimiyyəti orqanı tərəfindən akkreditasiya olunmuş idman mərc oyunlarının operatoru və ya maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilmiş lotereya təşkilatçısı çıxış edir. Reklam bilet və kuponların üzərində yerləşdirilə bilər”.

"Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli Qanununun tətbiqi və "Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli fərmanının ləğvi haqqında” Azərbaycan Prezidentinin 2015-ci il 14 iyul tarixli 554 nömrəli fərmanının 2.10-cu bəndi aşağıdakı redaksiyada verilir:

"2.10. həmin Qanunun 32.1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi həyata keçirir;”.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
İqtisadiyyat 16:33
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
İqtisadiyyat 09:33
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
Bu günə olan məzənnə
İqtisadiyyat 09:21
Bu günə olan məzənnə
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
İqtisadiyyat 09:14
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
İqtisadiyyat 15:28
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
Qızıl bahalaşıb
İqtisadiyyat 10:13
Qızıl bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:40
Azərbaycan nefti bahalaşıb
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:35
Avro və rubl bahalaşıb - Məzənnə
SOCAR Türkiyədə 870 MVt-lıq elektrik stansiyasını 225 milyon dollara alıb
İqtisadiyyat 14:43
SOCAR Türkiyədə 870 MVt-lıq elektrik stansiyasını 225 milyon dollara alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol