"Nazirlik "quş qripi"nə biganə yanaşır" - Eyyub Hüseynov
"İstehlakçılar ilin ən bol ayı sayılan payız aylarının sonunda da qiymət artımından, bazara keyfiyyətsiz malların daxil olmasından, məişət əşyaları satan şəbəkələrə, mebel hazırlayan və satan salonlardan, enerji qiymətlərinin artması ilə bağlı vəziyyətdən narahatlıqlarını bildirirlər”.
Bu barədə ANN.Az-a "Azad İstehlakçılar” İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov məlumat verib.
Onun sözlərinə görə, dərman preparatlarının tapılmaması, apteklərdə dövlət qeydiyyatına alınmayan şübhəli dərman preparatlarının satılması da istehlakçıların narazılıq etdiyi səbəblərdəndir:
"Son günlər istehlakçılar AİİB-ə apteklərdə satılan, əslində, dövlət qeydiyyatına alınmayan dərmanların içliyinin milli dildə olmamasından şübhələnərək, dərmanları AİİB-ə gətirib araşdırma tələb ediblər. Bakı şəhər sakini S. Məmmədova satışda olan bitki yağlarının tərkibinin araşdırılmasını, Göyçay sakini E. Qasımov istehlak edərək zəhərləndiyi, Yevlax rayonunda qablaşdırılan "Yağlı quru süd”ün tərkibinin araşdırılmasını və s. istəyiblər. Əhali Tarif Şurasının kommunal xərclər üçün müəyyən etdiyi limitin artırılması istəyini bunun bütün istehlakçıların həyatına mənfi təsir edəcəyi barədə də müraciətlər edirlər. AİİB-in müşahidələri göstərir ki, son 20 gündə ət 30%, kərə yağı 13%, şəkər tozu 13%, quru meyvələr ümumilikdə, 40% - 50%, düyü 25% bahalaşıb. Sonuncuların qiymətində Novruz bayramı ərəfəsində keçən ilə nisbətən 70%-ə qədər qalxma gözlənilir”.
"Manatın dollara nisbətdə devalvasiyası malların, xidmətlərin qiymətində artımla nəticələndiyi üçün istehlakçıların büdcəsinə ciddi təsir edir. Hazırda 1 nəfərin istehlak səbəti 200 AZN ətrafındadır. AİİB AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən "İstehlakçı maarifçiliyi ilə ölkə prezidentinin ictimai nəzarətə dair çağırışlarına dəstək tədbirləri” layihəsi çərçivəsində 06.12.2016 tarixdə Beyləqan və Cəbrayıl rayonlarında əhali ilə görüşlər keçirib, maraqlı qruplarla təlim keçirərək, istehlakçı hüquqlarının qorunması sahəsində ictimai nəzarəti həyata keçirərək, süni qiymət artımı, təhlükəli malların satılması amillərinə qarşı istehlakçı fəallığının artırılması işlərini həyata keçirib”, deyə E. Hüseynov əlavə edib.
Sədrin sözlərinə görə, bu günlərdə AİİB-ə Ukraynadan göndərilən məlumatda bu ölkədə quş qripinin yayıldığı barədə məlumat verilib. Azərbaycanda Ukraynadan idxal olunan quşçuluq məhsullarının satılmasına baxmayaraq, Kənd Təsərrüfatı Nazirliyinin bu məlumata biganə yanaşması təəccüblüdür.
Orxan Aslanlı
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər