Futbol Federasiyasından terrorla bağlı QƏRAR
Türkiyə Futbol Federasiyasından İstanbulda baş verən terrorla bağlı açıqlama verilib.
ANN.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Federasiya 2 gün ərzində keçiriləcək oyunlardan əvvəl şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad ediləcəyini açıqlayıb.
Federasiyadan bildirilib ki, 10 dekabrda İstanbuldakı "Vodafone Arena"da Beşiktaş-Bursa matçından sonra baş verən partlayışda ölənlərin xatirəsi anılacaq:
"11-12 dekabr tarixlərində bütün liqalarda keçiriləcək qarşılaşmalardan əvvəl şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad ediləcək. Eyni zamanda, bayraqlar yarıya qədər endiriləcək, qarşılaşmaların arasında heç bir musiqi ifa edilməyəcək".
Qeyd edək ki, İstanbulda baş verən terrorla bağlı olaraq, bu gün Türkiyədə ümumxalq matəmi elan edilib.
Xatırladaq ki, terrakt nəticəsində 30 nəfər polis əməkdaşı olmaqla, ümumilikdə 38 nəfər ölüb.
Kamil ƏMİRLİ
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox