İlham Əliyev ATƏT rəsmisini qəbul edib - YENİLƏNİB
Azərbaycan prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun Fransadan olan yeni həmsədri Stefan Viskontini qəbul edib.
ATƏT-in Minsk qrupunun yeni həmsədri Stefan Viskonti 15 il bundan əvvəl Azərbaycana səfər etdiyini vurğulayaraq ötən dövr ərzində ölkəmizdə gedən sürətli inkişaf proseslərinin və əldə olunan nailiyyətlərin onda böyük təəssürat yaratdığını məmnunluqla qeyd edib.
Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında Fransanın Minsk qrupunun həmsədri kimi bundan sonra da fəal iştirak edəcəyinə ümidvar olduğunu bildirib. Münaqişənin artıq uzun illərdir ki, davam etdiyini vurğulayan dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə öz həllini tapmasında ölkəmizin maraqlı olduğunu bir daha vurğulayıb.
***
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev dekabrın 12-də Fransanın ATƏT-in Minsk qrupundakı həmsədri Stefan Viskontini qəbul edib.
ANN.Az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər