• $ 1.7
  • € 2.0045
  • ₽ 0.021798
  • ₺ 0.0397
  • £ 2.2973

Hesablama Palatasına yeni səlahiyyət verilir

Hesablama Palatasına yeni səlahiyyət verilir
14.12.2016 17:09
Hesablama Palatasına dövlət və icmal büdcələrinə nəzarət ilə bağlı yeni səlahiyyət verilir.
 
APA-nın məlumatına görə, bununla bağlı Azərbaycan prezidenti İlham Əliyevin təqdimatı ilə "Büdcə sistemi haqqında" qanunun 11.15, 15.2, 16, 18.3, 20.1 və 18 maddələrinə əlavə və dəyişikliklər təklif edilir.
 
Layihəyə əsasən, növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı 3 il üçün icmal büdcənin göstəriciləri cari ilin sentyabr ayının 15-dək müvafiq icra hakimiyyəti orqanı ilə yanaşı, Hesablama Palatasına da təqdim olunacaq. Sənədə görə, eyni zamanda növbəti büdcə ili üzrə dövlət büdcəsi mətbuatda dərc edildikdən sonra dövlət büdcəsinin gəlirlərinin və xərclərinin (funksional, iqtisadi və inzibati təsnifatların paraqrafları səviyyəsində) təsnifatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən Hesablama Palatasına təqdim ediləcək. Digər düzəlişə görə isə, dövlət büdcəsinin gəlirlərinin icrasını təmin edən orqanlar, habelə onların regional və yerli bölmələri müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmış formalara uyğun olaraq aylıq, rüblük və ilin əvvəlindən artan yekunla gəlirlərin təsnifatı üzrə hesabatları aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanı ilə yanaşı, Hesablama Palatasına da təqdim ediləcək.
 
Bundan başqa, büdcə təşkilatları və dövlət büdcəsindən maliyyə yardımları alan təşkilatlar həmin vəsaitlərdən istifadə barədə müəyyən olunmuş qaydada aylıq, rüblük və ilin əvvəlindən artan yekunla funksional, iqtisadi və inzibati təsnifat üzrə hesabatları müvafiq icra hakimiyyəti orqanı ilə yanaşı Hesablama Palatasına da təqdim ediləcək. Layihəyə görə, dövlət büdcəsinin icrası prosesində dövlət büdcəsinin gəlirlərinin və funksional, iqtisadi və inzibati təsnifat üzrə xərclərinin bölgüsündə dəyişiklik edildiyi təqdirdə, bu barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən Hesablama Palatasına təqdim ediləcək. Layihədə o da var ki, dövlət büdcəsinin icrası barədə illik hesabat və müvafiq qanun layihəsi növbəti ilin aprel ayının 25-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən hazırlanaraq müvafiq icra hakimiyyəti orqanına və Hesablama Palatasına təqdim ediləcək.
 
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və dekabrın 16-da müzakirəyə çıxarılacaq.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
İqtisadiyyat 16:33
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
İqtisadiyyat 09:33
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
Bu günə olan məzənnə
İqtisadiyyat 09:21
Bu günə olan məzənnə
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
İqtisadiyyat 09:14
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
İqtisadiyyat 15:28
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
Qızıl bahalaşıb
İqtisadiyyat 10:13
Qızıl bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:40
Azərbaycan nefti bahalaşıb
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:35
Avro və rubl bahalaşıb - Məzənnə
SOCAR Türkiyədə 870 MVt-lıq elektrik stansiyasını 225 milyon dollara alıb
İqtisadiyyat 14:43
SOCAR Türkiyədə 870 MVt-lıq elektrik stansiyasını 225 milyon dollara alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol