• $ 1.7
  • € 1.9847
  • ₽ 0.021795
  • ₺ 0.0423
  • £ 2.2905

Big Bang – ilk və ən böyük intihar partlayışı

Big Bang – ilk və ən böyük intihar partlayışı
15.12.2016 15:50
Böyük partlayış (Big Bang) rəsmi olaraq təsdiqlənmiş bir nəzəriyyədir. 

Kainatın yaranışı haqqında olan nəzəriyyənin əsası Q.A.Qamov tərəfindən qoyulmuşdur. Elm aləmində özünü nəzəri cəhətdən isbat etmiş nəzəriyyələrdən biridir. Onu da qeyd edək ki, Böyük Partlayış bir faktdır ve elmdə şübhə yaratmır. Nəzəriyyənin əsasında bu fikir durur: "Böyük partlayışa qədər heç nə mövcud olmamışdır, qısa zaman ərzində və ondan sonra hər şey mövcud olmuşdur. Böyük partlayışdan sonra kainatımız genişlənmiş, soyumuş, qalaktikalar, ulduzlar, planetlər və həyat yaranmışdır”.

 Məhz, bu ana qədərki durum isə sinqulyarlıq adlanır. Sinqulyarlığı məşhur fizik Stiven Hokinq belə izah edə bilməmiş və demişdir: "Yaradılış anı, sinqulyarlıq heç bir fiziki qanunlara tabe olmayıb izah olunmazdır”. Sinqularlıq bir növ fizika haqqında biliklərimizi təkzib edən məfhumdur.Bu zaman tez-tez işlədilən bir fikir yada düşür: Tanrı dərk edilməzdir. Deməli dünyanın yaradılışı zamanı dərk edilməz bir tək sinqulyarlıq olmuş və nədən o Tanrının özü olmasın?.

Bu dərk edilməz durumda kainat ağılasığmaz sıxlığa və ölçüyə malik olmuşdur. Zaman və məkan mövcud deyildir. Sinqulyar vəziyyəti isə superqüvvə idarə edirdi. Superqüvvədə qravitasiya, zəif qarşılıqlı təsir qüvvəsi, güclü qarşılıqlı təsir qüvvəsi və elektromaqnit qarşılıqlı təsir qüvvələrinin birləşməsi ehtimal olunur. Öz-özlüyündə superqüvvə ilahi qüvvə deməkdir. Əgər isbat olunmuş böyük partlayış olubsa və o ana qədər xüsusi ekstremal halda olan materiyadan kainat yaranıbsa, deməli kainat elə yaradandan yaranıb. Qısaca olaraq belə söyləyək: Sinqulyarlıq elə Tanrının özüdür. Tanrı həm dərk edilməzdir, həm də ilahi bir qüvvəyə (superqüvvəyə) malikdir. Kainatın yaranışı isə bir partlayışdan meydana gəlmişdir. İdealistlər dünyanın heç nədən yaradılışını irəli sürür, materialistlər isə kainatın, məhz, materiyadan yarandığını iddia edir. Böyük parlayış nəzəriyyəsində isə ilkin başlanğıcı çox vaxt "HEÇ NƏ” adlandırırlar. Aşağıda göstərilən ölçülərə malik bu "heç nə”ni həm də, "var” olan kimi də təqdim etmək olar. Axı, heçlik necə ölçüyə, sıxlığa və temperatura malik ola bilər? Deməli bu zaman kainatın yaranışında ilkin materiya olmuş və bu materiya sinqulyarlıqdırsa, deməli sonda hər iki cərayanın nümayəndələri haqlıdırlar. Tanrı heç nədən dünyanı yaradıb anlayışının mahiyətini belə izah etmək olar: Sinqulyar durum əslində bir heçlikdir. Onun ölçülərinə diqqət etsək, istər-istəməz onu heçlik kimi qəbul edərik. Sıxlığı ≈1096 q/sm3, ölçüsü isə 10 -15 sm olan "heçlik” superqüvvənin köməyi ilə 10-43 saniyə ərzində müasir dünyaya çevrilmişdir. Təbii ki, belə bir ölçülərə əsasən "heçlikdən dünya yarandı" demək məntiqə uyğundur. "Tanrı dünyanı yaratdı" deyərkən "Tanrı dünyaya çevrildi" demək daha doğru səslənir. "Tanrı hər yerdədir" fikri də doğrudur. Tanrı həm "heç nədir” həm də, "var” olandır. Big Bangdan sonra Tanrının hissələri bütün kainata səpələndi, qalaktikaları, ulduzları meydana gətiridi. Elə o üzdən Tanrı hər yerdədir. Əslində istənilən partlayış idarə edilməz və nizamsız prosesdir. Ancaq Böyük partlayışdan sonra gedən prosesləri nizamsız, xaos adlandıra bilmərik. Məşhur ingilis riyaziyyatçı və astronomu, "Big Bang” termininin müəllifi, Ser Fred Hoyle heyrətini belə ifadə edir:

"Big Bang nəzəriyyəsi kainatın bir böyük partlayışla əmələ gəldiyini qəbul edir. Ancaq bildiyimiz kimi, partlayışlar maddəni parçalayır və nizamsız hala salır. Halbuki, Biq Bang sirli şəkildə bunun tam əksinə təsir meydana gətirib: maddəni bir-biri ilə birləşdirmiş və qalaktikaları əmələ gətirmişdir”.

Müasir dövrdə insanların həyata keçirdiyi bütün partlayışlar dağıdıcılıq xarakterinə malikdir. Yaradıcı, qurucu partlayışı isə həyata keçirmək hələlik mümkünsüzdür. Tanrı isə bunu bacardı. Özü isə Fridrix Nitşe demişkən: "Tanrı öldü". Sadəcə Nitşe dediyi kim, onu insanlar yox, özü-özünü öldürdü. Big Bangdan sonra Kainat sonsuz şəkildə genişlənir və bu elmi cəhətdən sübut edilib. Deməli bu heç də Tanrının ölümü deyil, onun böyüməsi, genişlənib hər yerə çatmasıdır. Əslində bu fiziki bir ölüm deyil. Şəkildəyişmədir. Maddə kütləsinin itməməsi, eləcə də, enerjinin saxlanması qanunu özünü Tanrı səviyyəsində belə doğruldur.

Namik Man-taş

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah 40 dərəcə isti gözlənilir - Proqnoz
Cəmiyyət 12:43
Sabah 40 dərəcə isti gözlənilir - Proqnoz
Azərbaycanda ali məktəblərə qəbul planı 90%-dən çox dolacaq – DİM
Cəmiyyət 11:58
Azərbaycanda ali məktəblərə qəbul planı 90%-dən çox dolacaq – DİM
Türkmənistandan Azərbaycana gələn turistlərin sayı məlum olub
Cəmiyyət 11:11
Türkmənistandan Azərbaycana gələn turistlərin sayı məlum olub
Azərbaycanda moped və motosiklet qəzaları azalmır: 6 ayda 17 hadisə, 4 ölüm
Cəmiyyət 10:52
Azərbaycanda moped və motosiklet qəzaları azalmır: 6 ayda 17 hadisə, 4 ölüm
Bəzi rayonlara leysan yağıb - Faktiki hava
Cəmiyyət 10:46
Bəzi rayonlara leysan yağıb - Faktiki hava
Azərbaycanda dövlət qurumlarının adına bənzər saxta domenlərin sayı azalıb
Cəmiyyət 10:40
Azərbaycanda dövlət qurumlarının adına bənzər saxta domenlərin sayı azalıb
Ölkədə internetin orta sürəti bir il ərzində iki dəfə artıb
Cəmiyyət 10:12
Ölkədə internetin orta sürəti bir il ərzində iki dəfə artıb
Saxlanılan diaspor rəhbərinin oğlunun evində axtarış aparılacaq - Yenilənib
Cəmiyyət 00:15
Saxlanılan diaspor rəhbərinin oğlunun evində axtarış aparılacaq - Yenilənib
Rusiyada saxlanılan azərbaycanlıların həbs müddəti uzadıllb
Cəmiyyət 22:35
Rusiyada saxlanılan azərbaycanlıların həbs müddəti uzadıllb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol