• $ 1.7
  • € 1.9216
  • ₽ 0.020775
  • ₺ 0.0441
  • £ 2.2624

Neftçinin atası: 3 övladım avtoqəzada öldü, bircə oğlum da dənizdə batdı... – VİDEO

Neftçinin atası: 3 övladım avtoqəzada öldü, bircə oğlum da dənizdə batdı... – VİDEO
29.05.2020 08:58
SOCAR-ın "Azneft” İstehsalat Birliyinin N. Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı neft yığım məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uçması nəticəsində dənizdə itkin düşən 10 nəfərdən 5-i Ələt qəsəbəsinin, 1-i isə Hacıqabul rayonu Atbulaq kəndinin sakinidir.

APA-nın müxbiri həmin neftçilərin ailələrində olub.

Ələt sakini, maşinist, 1965-ci il təvəllüdlü Zülfüqarov Güloğlan Hacıbala oğlu 8 uşaq atasıdır. Onun 3 qızı, 5 oğlu var. İtkin düşən daha bir nəfər isə onun qardaşıdır. Operator, 1971-ci il təvəllüdlü Zülfüqarov Azay Hacıbala oğlunun iki azyaşlı övladı var.

Güloğlan Zülfüqarovun oğlu bildirib ki, atası ilə sonuncu dəfə dünən axşam danışıblar: "Axşam atamla danışdıq, hal-əhval tutduq, dedi ki, hava küləklidi. Səhər isə xəbəri  eşitdik. Atama zəng etdik, amma zəng çatmadı. 8 uşağıq, bir qardaşım evlidi, qalanlar subay, heç birimiz işləmirik, atamın qazancı ilə yaşayırdıq, dövlətdən kömək göstərməsini xahiş edirik”.

Operator, 1958-ci il təvəllüdlü Qafarov İlham Əlihüseyn oğlu 3 uşaq atasıdır. Qəza nəticəsində dənizə düşən 10 nəfərdən hələlik yalnız onu meyiti tapılaraq çıxarılıb.

Operator, 3 uşağı olan 1979-cu il təvəllüdlü Əsədov Samir Atabala oğlunun bir övladı 6-cı, biri isə 4-cü sinifdə oxuyur. Digəri məktəbə getmir.

Operator, 1967-ci il təvəllüdlü Bəhrəmov Cavid Ayatxan oğlunun da 3 övladı var.

Onların ailə üzvləri də yaşanan faciədən sarsıntı keçiriblər. Amma onlar ümidlərini üzmürlər, yaxınlarının qayıdacağına ümid edirlər.

Hacıqabul rayonu Atbulaq kənd sakini, operator, 1979-cu il təvəllüdlü Rüstəmov Qorxmaz İsbat oğlunun ailəsinin faciəsi isə daha dəhşətlidir.

Qorxmaz ailəli olub. Bir müddət əvvəl həyat yoldaşından ayrılan Qorxmazın övladı yoxdur.

Atası İsbat Rüstəmov bildirib ki, 5 il əvvəl 3 övladını yol qəzasında itirib: "5 il əvvəl 3 övladımı qohumlarımla birgə avtomobil qəzasında itirdim. Həmin qəzada övladlarımla birlikdə 14 qohumumu itirmişdim. Bir oğlum qalmışdı, o da dənizdə batdı, daha heç kimim qalmadı”.
 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sürücülər DİQQƏT: Avtoservislərin fəaliyyəti ilə bağlı yeni qayda - VİDEO
Cəmiyyət 11:40
Sürücülər DİQQƏT: Avtoservislərin fəaliyyəti ilə bağlı yeni qayda - VİDEO
Neftçinin atası: 3 övladım avtoqəzada öldü, bircə oğlum da dənizdə batdı... – VİDEO
Cəmiyyət 08:58
Neftçinin atası: 3 övladım avtoqəzada öldü, bircə oğlum da dənizdə batdı... – VİDEO
Bakı metrosu zülmətə qərq oldu - VİDEO
Cəmiyyət 05:28
Bakı metrosu zülmətə qərq oldu - VİDEO
Bakıda 1 mənzili 4 nəfərə satdılar - VİDEO
Cəmiyyət 03:31
Bakıda 1 mənzili 4 nəfərə satdılar - VİDEO
Ölkə daxili və ölkə xarici dini turlar+QİYMƏTLƏR - VİDEO
Cəmiyyət 01:15
Ölkə daxili və ölkə xarici dini turlar+QİYMƏTLƏR - VİDEO
“CinemaPlus” kinoteatrında “Cəngəllik kitabı” nağılı başlayır - Video
Cəmiyyət 21:34
“CinemaPlus” kinoteatrında “Cəngəllik kitabı” nağılı başlayır - Video
Rayonlara yağan qar fəsadlar törətdi - Kəndlər işıqsız qaldı - VİDEO
Cəmiyyət 18:48
Rayonlara yağan qar fəsadlar törətdi - Kəndlər işıqsız qaldı - VİDEO
Azərbaycanda 12 yaşlı qızın mədəsindən 1 kiloluq tük topası çıxarıldı – VİDEO
Cəmiyyət 16:33
Azərbaycanda 12 yaşlı qızın mədəsindən 1 kiloluq tük topası çıxarıldı – VİDEO
İnternetdən istifadə edənlərin NƏZƏRİNƏ - VİDEO - FOTO
Cəmiyyət 18:30
İnternetdən istifadə edənlərin NƏZƏRİNƏ - VİDEO - FOTO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol