• $ 1.7
  • € 2.0045
  • ₽ 0.021798
  • ₺ 0.0397
  • £ 2.2973

İlham Əliyev Bolqarıstanın vitse-prezidentini qəbul etdi - YENİLƏNİB

İlham Əliyev Bolqarıstanın vitse-prezidentini qəbul etdi - YENİLƏNİB
16.12.2016 11:16
Azərbaycan prezidenti İlham Əliyev Bolqarıstanın vitse-prezidenti Marqarita Popovanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
 
Dövlət başçısı Azərbaycan ilə Bolqarıstan arasında münasibətlərin çox yüksək səviyyədə - dostluq və tərəfdaşlıq səviyyəsində olduğunu vurğulayıb.
 
Marqarita Popovanın Azərbaycana səfərlərinin əhəmiyyətini qeyd edən prezident İlham Əliyev onunla keçirdiyi son görüşü məmnunluqla xatırlayıb. Dövlət başçısı Bolqarıstanın vitse-prezidentinin Azərbaycana səfərinin uğurlu olacağına və ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.
 
Ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən hüquq və mədəni sahələrdə əlaqələrin inkişafı üçün yaxşı imkanların olduğunu vurğulayan Bolqarıstanın vitse-prezidenti Azərbaycanda tətbiq edilən şəffaf idarəçiliyin, o cümlədən "ASAN xidmət”in Bolqarıstanda böyük maraq doğurduğunu deyib və bu sahədə əməkdaşlığa önəm verdiklərini qeyd edib.
 
Görüşdə Azərbaycan ilə Bolqarıstan arasında əməkdaşlığın enerji, hüquq, mədəniyyət və digər sahələrdə genişləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 
*** 
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 16-da Bolqarıstanın vitse-prezidenti Marqarita Popovanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

ANN.Az xəbər verir ki, bu barədə məlumatı prezidentin mətbuat xidməti yayıb.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kadırov Prezidenti təbrik edib
Siyasət 20:29
Kadırov Prezidenti təbrik edib
Prezidentdən Daxili Qoşunlarla bağlı - Fərman
Siyasət 18:43
Prezidentdən Daxili Qoşunlarla bağlı - Fərman
2026-2030-cu illər üçün Dövlət Proqramı təsdiqləndi
Siyasət 14:27
2026-2030-cu illər üçün Dövlət Proqramı təsdiqləndi
Prezident onları təltif edib - Sərəncam
Siyasət 13:51
Prezident onları təltif edib - Sərəncam
İlham Əliyev adını tarixə qızıl hərflərlə yazdı -Mixail Saakaşvili
Siyasət 09:39
İlham Əliyev adını tarixə qızıl hərflərlə yazdı -Mixail Saakaşvili
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Siyasət 20:32
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Zakir Həsənov Liviyaya başsağlığı verib
Siyasət 18:33
Zakir Həsənov Liviyaya başsağlığı verib
Maya Sandu Prezident İlham Əliyevi təbrik edib
Siyasət 18:14
Maya Sandu Prezident İlham Əliyevi təbrik edib
Əliyev və Mehriban Əliyeva Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak ediblər
Siyasət 17:35
Əliyev və Mehriban Əliyeva Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol