• $ 1.7
  • € 2.0045
  • ₽ 0.021798
  • ₺ 0.0397
  • £ 2.2973

İlham Əliyev türkiyəli naziri qəbul edib - YENİLƏNİB

İlham Əliyev türkiyəli naziri qəbul edib - YENİLƏNİB
21.12.2016 11:30
Azərbaycan prezidenti İlham Əliyev Türkiyə iqtisadiyyat naziri Nihat Zeybekcinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
 
Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin iqtisadiyyat nazirlərinin Bakıda keçiriləcək görüşünün önəmini qeyd edib.
 
Dövlət başçısı Nihat Zeybekcinin Azərbaycana səfərinin həm Şuranın iclasında iştirakı, həm də ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı müzakirələrin aparılması baxımından əhəmiyyətini vurğulayıb.
 
Ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinə toxunan nazir Nihat Zeybekci 15 iyul hadisələri zamanı Azərbaycanın Türkiyəyə ən böyük dəstək verən ölkə olduğunu deyib.
 
Azərbaycan ilə Türkiyənin ən yaxın qardaş ölkələr olduğunu vurğulayan dövlət başçısı ölkələrimizin bir-birinə hər zaman dəstək vermələrini təbii hal kimi dəyərləndirib.
 
Görüşdə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclaslarının əlaqələrimizin daha da möhkəmləndirilməsi baxımından önəmi vurğulanıb, iqtisadi sahədə əməkdaşlığımızın inkişafına dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 
*** 
 
Dekabrın 21-də Azərbaycan prezidenti İlham Əliyev Türkiyə iqtisadiyyat naziri Nihat Zeybekcinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
 
ANN.Az xəbər verir ki, bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.  

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kadırov Prezidenti təbrik edib
Siyasət 20:29
Kadırov Prezidenti təbrik edib
Prezidentdən Daxili Qoşunlarla bağlı - Fərman
Siyasət 18:43
Prezidentdən Daxili Qoşunlarla bağlı - Fərman
2026-2030-cu illər üçün Dövlət Proqramı təsdiqləndi
Siyasət 14:27
2026-2030-cu illər üçün Dövlət Proqramı təsdiqləndi
Prezident onları təltif edib - Sərəncam
Siyasət 13:51
Prezident onları təltif edib - Sərəncam
İlham Əliyev adını tarixə qızıl hərflərlə yazdı -Mixail Saakaşvili
Siyasət 09:39
İlham Əliyev adını tarixə qızıl hərflərlə yazdı -Mixail Saakaşvili
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Siyasət 20:32
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Zakir Həsənov Liviyaya başsağlığı verib
Siyasət 18:33
Zakir Həsənov Liviyaya başsağlığı verib
Maya Sandu Prezident İlham Əliyevi təbrik edib
Siyasət 18:14
Maya Sandu Prezident İlham Əliyevi təbrik edib
Əliyev və Mehriban Əliyeva Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak ediblər
Siyasət 17:35
Əliyev və Mehriban Əliyeva Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol