• $ 1.7
  • € 2.0045
  • ₽ 0.021798
  • ₺ 0.0397
  • £ 2.2973

İlham Əliyevin tapşırığı ilə məcburi köçkünlərə yardım edildi

İlham Əliyevin tapşırığı ilə məcburi köçkünlərə yardım edildi
21.12.2016 13:22
Noyabrın 29-da paytaxtın Nizami rayonu ərazisində Elşən Süleymanov küçəsi, 49 ünvanında yerləşən tikintisi yarımçıq qalmış binada yanğın baş vermişdi.
 
Baş vermiş faciə nəticəsində 4 nəfər ailə üzvü həlak olmuş Füzuli rayonundan olan məcburi köçkün Əkbər Babaşovun ailəsinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Nazirlər Kabinetinin müvafiq sərəncamına uyğun olaraq, birdəfəlik maddi yardım ayrılıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov dekabrın 16-da dövlət tərəfindən ayrılmış birdəfəlik maddi yardımı Əkbər Babaşova təqdim edib. Gəray Fərhadov onunla söhbətində baş vermiş faciəvi hadisədən dərindən kədərləndiyini bildirib.

Komitədən "Report"a verilən məlumata görə, söhbət zamanı Gəray Fərhadov qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinin dövlətimizin başçısı İlham Əliyevin daim diqqət mərkəzində olduğunu deyib. O, həmçinin bildirib ki, məcburi köçkünlərin məskunlaşdığı və yanğın baş vermiş həmin ərazinin özəl şirkətlərin biri tərəfindən alındığı üçün hazırda Nizami Rayon İcra Hakimiyyəti tərəfindən həmin şirkətlə danışıqlar aparılır. Gəray Fərhadov Prezident İlham Əliyevin yürütdüyü uğurlu və qətiyyətli siyasət nəticəsində torpaqlarımızın tezliklə işğaldan azad olunacağına, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qayıdacaqlarına əminliyini ifadə edib.

Həmin gün fəaliyyətləri Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası ilə əlaqələndirilən humanitar təşkilatlardan biri olan "Gəncliyə Yardım" fondu tərəfindən Əkbər Babaşovun ailəsinə müvafiq ev əşyaları təqdim edilib.

Füzuli rayonundan olan məcburi köçkün Əkbər Babaşov baş vermiş hadisə ilə əlaqədar yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində atılan addımlara görə, Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildirib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
İqtisadiyyat 16:33
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
İqtisadiyyat 09:33
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
Bu günə olan məzənnə
İqtisadiyyat 09:21
Bu günə olan məzənnə
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
İqtisadiyyat 09:14
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
İqtisadiyyat 15:28
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
Qızıl bahalaşıb
İqtisadiyyat 10:13
Qızıl bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:40
Azərbaycan nefti bahalaşıb
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:35
Avro və rubl bahalaşıb - Məzənnə
SOCAR Türkiyədə 870 MVt-lıq elektrik stansiyasını 225 milyon dollara alıb
İqtisadiyyat 14:43
SOCAR Türkiyədə 870 MVt-lıq elektrik stansiyasını 225 milyon dollara alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol