• $ 1.7
  • € 1.9087
  • ₽ 0.020606
  • ₺ 0.0439
  • £ 2.2585

Xankəndinin işğalı – 25 il

Xankəndinin işğalı – 25 il
28.12.2016 09:00
Bu gün Azərbaycanın Xankəndi şəhəri və ətraf ərazilər üçün mühüm strateji əhəmiyyətə malik olan Kərkicahan qəsəbəsinin ermənilər tərəfindən işğalından 25 il ötür.

Oxu.Az xəbər verir ki, 1991-ci il dekabrın 28-də Kərkicahan qəsəbəsinin işğalı ilə Xankəndi və ətraf ərazilərin işğalı başa çatdırılıb.

İşğal gününə qədər Xankəndi ərazi vahidliyinin tərkib hissəsi olan Kərkicahanın müdafiəsi kənd sakinlərindən yerli özünümüdafiə dəstələrindən, yeni yaranmış olan polis və Milli Ordunun bir qrup əsgərləri tərəfindən təşkil olunub.

Xankəndi istiqamətindən Kərkicahana doğru hücuma keçən erməni silahlılarının istifadəsində olan hərbi texnika və ağır silahların qarşısında bu cür müdafiə dəstələri son nəticədə geri çəkilməyə məcbur olublar. Özünümüdafiə dəstələrinin bir müddət erməni silahlılarının hücumlarının qarşısını almaları nəticəsində dinc əhali qəsəbədən çıxarılıb.

İşğaldan əvvəl əhali 350 ailə təsərrüfatı nəzdində 1796 nəfər təşkil edib. İki orta məktəb, bir uşaq bağçası, bir kitabxana, bir klub, bir ATS, on dükan, bir tibb ambulatoriyası, müxtəlif istehsal sahələrinə aid olan beş sex və digər məişət-iaşə obyektləri dağıdılıb.

Kərkicahan və ətraf ərazilər uğrunda gedən döyüşlərdə 34 nəfər şəhid olub, 150 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar. Şəhid olanlardan 3 nəfər qadın, 2 nəfər isə azyaşlı uşaq olub. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Məhərrəm ayı başladı
Cəmiyyət 11:17
Məhərrəm ayı başladı
QMİ Məhərrəm ayının başlanması ilə bağlı fətva verdi
Cəmiyyət 18:04
QMİ Məhərrəm ayının başlanması ilə bağlı fətva verdi
Cəmiyyət 17:45
"Dağüstü park"dan Bakının səhər görüntüsü - FOTOLAR
Ramil Usubov general və polkovniki təqaüdə göndərdi
Cəmiyyət 19:30
Ramil Usubov general və polkovniki təqaüdə göndərdi
Azərbaycan əhalisinin sayı açıqlandı
Cəmiyyət 10:50
Azərbaycan əhalisinin sayı açıqlandı
Sinoptiklərdən xəbərdarlıq: Sabah hava şaxtalı olacaq
Cəmiyyət 12:38
Sinoptiklərdən xəbərdarlıq: Sabah hava şaxtalı olacaq
Qafqaz Universiteti ləğv olundu
Cəmiyyət 09:54
Qafqaz Universiteti ləğv olundu
Azərbaycan Ordusunun əsgəri şəhid oldu
Cəmiyyət 11:21
Azərbaycan Ordusunun əsgəri şəhid oldu
Xankəndinin işğalı – 25 il
Cəmiyyət 09:00
Xankəndinin işğalı – 25 il
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol