• $ 1.7
  • € 2.0045
  • ₽ 0.021798
  • ₺ 0.0397
  • £ 2.2973

Ərdoğan ABŞ-ı seçim qarşısında qoydu: “Ya biz, ya da...”

Ərdoğan ABŞ-ı seçim qarşısında qoydu: “Ya biz, ya da...”
29.12.2016 17:46
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın başçılıq etdiyi Qərb koalisiyasının Suriyada PYD terror təşkilatına silah yardımına sərt reaksiya verib.

Publika.az "Anadolu” agentliyinə istinadən xəbər verir ki, prezident qarşı tərəfdən verilən bəyanatların qəbul edilməsinin mümkün olmadığını deyib.

"Siz terror təşkilatlarına silah yardımı edərək, daha sonra "silah deyil, sursat göndəririk” deyirsinizsə, bunu qəbul edə bilmərik. NATO-dakı tərəfdaşınızı, yoxsa terror təşkilatları seçirsiniz? Bunu qəbul etməyimiz mümkün deyil. Nəyin sursat, nəyin silah olduğunu ən azından sizin qədər yaxşı bilirik. Biz NATO-da sizinlə bərabərik, amma dəstəyi bizə deyil, separatçı terror təşkilatlarına verirsiniz. Əgər biz strateji tərəfdaşıqsa, bizim yanımızda olmalısınız, terror təşkilatlarının yanında deyil”, - deyə Ərdoğan bildirib.

Xatırladaq ki, bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "A Haber” kanalının efirində ABŞ-ın PYD-də (PKK terror təşkilatının Suriya qolu – red.) silah çatdrımasına toxunub: "ABŞ-ın da içində olduğu koalisiya müəyyən müddətdir "Fərat Qalxanı” hərəkatına dəstək vermir, PYD və YPG-yə (PYD-nin silahlı qanadı –red.) silah yardımı edir. Bunu onlar da, biz də yaxşı bilirik. ABŞ YPG-yə silah verib. Koalisiyanın "Fərat Qalxanı”na dəstək verməməsinin səbəbini sizə söyləyim: YPG ABŞ-a təzyiq edir. Onlar terror dəhlizi yaratmağa çalışır. ABŞ Rakkada YPG-dən istifadə etmək istəyir. YPG də "sən məndən istifadə etmək istəyirsənsə, Türkiyə Rakkada müvəffəqiyyətli olmamalı və bizim yaratmaq istədiyimiz dəhlizə mane olmamalıdır” deyir”.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenski Uitkoff və Kuşnerle telefon danışığı aparıb
Dünya 22:43
Zelenski Uitkoff və Kuşnerle telefon danışığı aparıb
Yaponiyada 5,6 maqnitudada zəlzələ baş verib
Dünya 21:51
Yaponiyada 5,6 maqnitudada zəlzələ baş verib
Gürcüstanın keçmiş müdafiə naziri saxlanılıb
Dünya 21:31
Gürcüstanın keçmiş müdafiə naziri saxlanılıb
Rusiya vətəndaşlarını bu ölkəyə səfər etməməyə çağırıb
Dünya 20:10
Rusiya vətəndaşlarını bu ölkəyə səfər etməməyə çağırıb
İsrail Livanda SEPAH-ın yüksək rütbəli komandirini məhv edib
Dünya 19:25
İsrail Livanda SEPAH-ın yüksək rütbəli komandirini məhv edib
Rusiya təyyarəsi təcilieniş edib
Dünya 11:09
Rusiya təyyarəsi təcilieniş edib
Qəzza sazişinin ikinci mərhələsi yanvarda başlayacaq
Dünya 10:36
Qəzza sazişinin ikinci mərhələsi yanvarda başlayacaq
Ərdoğan liviyalı həmkarına başsağlığı verib
Dünya 23:08
Ərdoğan liviyalı həmkarına başsağlığı verib
"Fənərbaxça" klubunun prezidenti yenidən saxlanılıb
Dünya 21:48
"Fənərbaxça" klubunun prezidenti yenidən saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol