• $ 1.7
  • € 2.0045
  • ₽ 0.021798
  • ₺ 0.0397
  • £ 2.2973

"Sarkisyanın bu hücumu təşkil edəcəyi gözlənilən idi" - EKSPERT

29.12.2016 16:22
"Hazırda Azərbaycan və Ermənistan sərhədində ATƏT-in Minsk qrupunun çox arzuladığı bir mənzərə yaranıb”.

ANN.Az xəbər verir ki, bunu hərbi ekspert Üzeyir Cəfərli dekabrın 29-da səhər saatlarında Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribat xarakterli hücumunu şərh edərəkən deyib.
 


Hərbi ekspertin sözlərinə görə, Ermənistan bu cür hücumlar etməkdən çox məmnundur:

"Çünki, təşkil edilən növbəti təxribat xarakterli hücum işğal olunan ərazilərdə deyil, məhz Ermənistan-Azərbaycan sərhədində baş verib. Ermənistan çox çalışır ki, bu cür hücumların sayını artırsın. Həm də ATƏT-in Minsk qrupunun çox arzuladığı bir mənzərə yaranıb. Onlar iki prezidenti bir araya gətirə bilmədilər. 2016-cı ildə onların qarşıya qoyduğu ən böyük məsələlərdən biri o idi ki, Azərbaycan və Ermənistan prezidentlərini görüşdürsünlər və formal danışıqlar aparılsın. Amma Almaniyada hər iki ölkənin xarici işlər naziri bir aya gəldi. Düşünürdülər ki, prezidentləri ATƏT-in hesabatı üçün görüşdürəcəklər. Bu isə alınmadı. Bununla yanaşı, Ermənistan Sankt-Peterburqda üç gün bundan əvvəl çox böyük "tərs sillə” aldı. KTMT-nin yeni baş katibi seçilmədiyinə görə, Ermənistan bu görüşdən çox qəzəbli ayrıldı. Serj Sarkisyan o görüşdən gələn kimi dərhal, öz "əl altılarına” göstəriş verdi ki, təxribat, məhz, iki ölkənin sərhədində baş versin. Əslində, bu, gözlənilən idi. Çünki Ermənistan Rusiya, Belarusiya, Qazaxıstandan çox böyük narazılıq edir ki, KTMT üzvləri onları müdafiə etmir. Ermənilər Rusiya, Belarusiya, Qazaxıstanı bir müsəlman ittifaqı kimi qələmə verir. Bütün bunları nəzərə alaraq, düşünmürəm ki, bu döyüş daha da geniş vüsət alsın. Yaxın saatlar ərzində sakitləşəcəklər. Çünki, ermənilərin özlərinin də itkiləri var. Təəssüflər olsun ki, Azərbaycan tərəfdən də itki var. Hazırda Azərbaycan Müdafiə Nazirliyi vəziyyətə tam nəzarət edir”.

"Azərbaycan Ermənistanın təşkil etdiyi təxribata getməyəcək. Çünki ermənilərin təxribat törətdiyi istiqamətdə bizim hər hansı bir məqsədimiz, məramımız yoxdur. Bilavəsitə, Ermənistan əraziləri ilə əlaqədardır. Bizim əgər hücumla bağlı belə bir fikrimiz olsaydı, o qədər döyüş aparacaq ərazilərimiz var. Misal üçün, Talış  istiqamətində hücum aparmağın mənası var. Buna görə, düşünmürəm ki, Azərbaycan hər iki dövlətin sərhədi istiqamətdə hər hansı bir addım atsın”, - deyə Ü.Cəfərli əlavə edib.

Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb.

"Döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Onun tapılması istiqamətində müvafiq tədbirlər görülür. Son zamanlar cəbhə xəttində nisbi sakitliyin hökm sürməsi, görünür, Ermənistanı qane etmir və qarşı tərəf məqsədyönlü şəkildə, vaxtaşırı bu kimi təxribatlara əl atır. Müdafiə Nazirliyi bildirir ki, əgər, bundan sonra da düşmənin bu cür fəaliyyəti davam edərsə o, daha böyük və ağır itkilərlə üzləşəcəkdir", - deyə məlumatda bildirilir. 

Orxan Aslanlı
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Asim Mollazadə İsrail XİN-in nümayəndə heyətini qəbul edib
Siyasət 10:28
Asim Mollazadə İsrail XİN-in nümayəndə heyətini qəbul edib
Azərbaycan bu sənədi rədd edib - Minsk Qrupunun təklifi: “Ümumi dövlət”
Siyasət 22:46
Azərbaycan bu sənədi rədd edib - Minsk Qrupunun təklifi: “Ümumi dövlət”
İlham Əliyev yenidən MOK-un prezidenti seçildi
Siyasət 21:16
İlham Əliyev yenidən MOK-un prezidenti seçildi
Fransada “erməni soyqırımı”nı inkaretmə kriminallaşdırılmayacaq
Siyasət 09:48
Fransada “erməni soyqırımı”nı inkaretmə kriminallaşdırılmayacaq
Rusiya-Ermənistan münasibətləri Azərbaycana necə təsir edəcək? - Deputatlardan ŞƏRH
Siyasət 14:14
Rusiya-Ermənistan münasibətləri Azərbaycana necə təsir edəcək? - Deputatlardan ŞƏRH
Əli Həsənov: Məcburi köçkünlər müavinətlərini alıb dərhal xərcləməsinlər
Siyasət 10:47
Əli Həsənov: Məcburi köçkünlər müavinətlərini alıb dərhal xərcləməsinlər
Bu gün Strasburqda AŞPA-nın sessiyası başlayır
Siyasət 09:48
Bu gün Strasburqda AŞPA-nın sessiyası başlayır
İlham Əliyev sərəncamlar imzaladı
Siyasət 16:16
İlham Əliyev sərəncamlar imzaladı
İlham Əliyev Həsən Ruhaniyə başsağlığı verdi
Siyasət 12:28
İlham Əliyev Həsən Ruhaniyə başsağlığı verdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol