• $ 1.7
  • € 2.0045
  • ₽ 0.021798
  • ₺ 0.0397
  • £ 2.2973

Rusiya ABŞ diplomatlarını "arzuolunmaz şəxs" elan etməyib

Rusiya ABŞ diplomatlarını
30.12.2016 18:32
"Rusiya ABŞ diplomatlarını "arzuolunmaz şəxs" elan etməyəcək."

"Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bəyan edib.

"Rusiya "mətbəx diplomatiyası” səviyyəsinə enməyəcək”, - o vurğulayıb.

Rusiya prezidenti bildirib ki, iki ölkə arasında münasibətlərin bərpası ABŞ-ın yeni prezidenti Donald Trampın yürütdüyü siyasətdən asılı olacaq.

Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-ın Moskvadakı səfirliyinin 31 əməkdaşının, eləcə də Sankt-Peterburqdakı baş konsulluğunun 4 diplomatının persona non-qrata elan edilməsi haqqında Rusiya prezidentinə təklif irəli sürüb.

Xatırladaq ki, ABŞ hakimiyyəti Rusiyanın Vaşinqton və San-Fransiskodakı diplomatik təmsilçiliklərinin 35 diplomatının ölkəni tərk etməsi üçün 72 saat vaxt verib. Rəsmi Vaşinqton bu tədbiri ABŞ diplomatlarının Rusiyada sıxışdırma kampaniyası ilə əsaslandırıb. Eyni zamanda, ABŞ prezidenti bu ölkədəki Rusiya diplomatlarının kəşfiyyat fəaliyyəti ilə məşğul olduğunu da bildirib.

ABŞ Prezidenti Barak Obama Rusiya Federal Təhlükəsizlik Xidməti və Baş Kəşfiyyat İdarəsi də daxil olmaqla, dövlətin 5 qurumu və 6 fiziki şəxsə şamil edilən sanksiyanı imzalayıb.  

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenski Uitkoff və Kuşnerle telefon danışığı aparıb
Dünya 22:43
Zelenski Uitkoff və Kuşnerle telefon danışığı aparıb
Yaponiyada 5,6 maqnitudada zəlzələ baş verib
Dünya 21:51
Yaponiyada 5,6 maqnitudada zəlzələ baş verib
Gürcüstanın keçmiş müdafiə naziri saxlanılıb
Dünya 21:31
Gürcüstanın keçmiş müdafiə naziri saxlanılıb
Rusiya vətəndaşlarını bu ölkəyə səfər etməməyə çağırıb
Dünya 20:10
Rusiya vətəndaşlarını bu ölkəyə səfər etməməyə çağırıb
İsrail Livanda SEPAH-ın yüksək rütbəli komandirini məhv edib
Dünya 19:25
İsrail Livanda SEPAH-ın yüksək rütbəli komandirini məhv edib
Rusiya təyyarəsi təcilieniş edib
Dünya 11:09
Rusiya təyyarəsi təcilieniş edib
Qəzza sazişinin ikinci mərhələsi yanvarda başlayacaq
Dünya 10:36
Qəzza sazişinin ikinci mərhələsi yanvarda başlayacaq
Ərdoğan liviyalı həmkarına başsağlığı verib
Dünya 23:08
Ərdoğan liviyalı həmkarına başsağlığı verib
"Fənərbaxça" klubunun prezidenti yenidən saxlanılıb
Dünya 21:48
"Fənərbaxça" klubunun prezidenti yenidən saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol