• $ 1.7
  • € 2.0045
  • ₽ 0.021798
  • ₺ 0.0397
  • £ 2.2973

Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür

Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür
31.12.2016 09:05
Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür.
 
25 ildir, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik günü kimi qeyd olunur.
 
Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib. 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən bayram kimi qeyd olunur.
 
SSRİ-nin süqutunun son dönəmində Araz çayının hər iki sahilində yaşayan azərbaycanlıların sərhədə yürüşü, tikanlı məftilləri dağıtması iki totalitar dövlətin ciddi təzyiqlərinə baxmayaraq, o taylı-bu taylı millətin həftələrlə Araz çayı sahilində gecə-gündüz birləşmək şüarı, azərbaycanlıların bir millət olduğunu dünya miqyasında bir daha canlandırdı. Həmrəylik günü bu birləşmək məqsədinin simvolik nişanıdır.
 
Qeyd edək ki, Dünya Azərbaycanlılarının Həmrəylik gününün əsası 1989-cu il dekabrın sonlarında Azərbaycan Xalq Cəbhəsinin təşkilatçılığı ilə Naxçıvanda SSRİ-İran sərhədlərinin dağıdılması zamanı qoyulub. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik günü elan edib.
 
Elə həmin il Azərbaycan Milli Şurasının israrı və tövsiyəsi ilə Azərbaycan prezidenti Ayaz Mütəllibov 31 dekabrı Dünya Azərbaycanlıların Həmrəylik günü elan edib. Amma bu bayramın ilk dəfə dövlət səviyyəsində rəsmən qeyd olunması 1992-ci ildə Azərbaycan prezidenti Əbülfəz Elçibəyin (o, həm də AXC sədri kimi SSRİ-İran sərhədlərinin dağıdılmasının təşəbbüskarı olub) göstərişi ilə baş tutub.
 
O vaxtdan 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü olaraq bayram edilir.   

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib
Cəmiyyət 20:47
Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib
Saleh Səmədovun həbs müddəti uzadılıb
Cəmiyyət 20:20
Saleh Səmədovun həbs müddəti uzadılıb
Qazaxıstan AZAL təyyarəsinin aviaqəzası ilə bağlı istintaqın başa çatma müddəti barədə məlumat yayıb
Cəmiyyət 18:30
Qazaxıstan AZAL təyyarəsinin aviaqəzası ilə bağlı istintaqın başa çatma müddəti barədə məlumat yayıb
Xəzər rayonunda əl qumbarası aşkar edilib - Video
Cəmiyyət 18:17
Xəzər rayonunda əl qumbarası aşkar edilib - Video
Sabah Sabunçu və Xətai rayonlarında qaz olmayacaq
Cəmiyyət 18:05
Sabah Sabunçu və Xətai rayonlarında qaz olmayacaq
Beynəlxalq axtarışa verilmiş şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya olunub
Cəmiyyət 17:34
Beynəlxalq axtarışa verilmiş şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya olunub
Kiberpolis 1 milyon manatlıq kriptovalyutanı ələ keçirən şəxsləri saxlayıb
Cəmiyyət 17:11
Kiberpolis 1 milyon manatlıq kriptovalyutanı ələ keçirən şəxsləri saxlayıb
Azercell “Gələcək sizinlə başlayır! – öyrən, böyü, paylaş” sosial təşəbbüsünə start verib
Cəmiyyət 16:18
Azercell “Gələcək sizinlə başlayır! – öyrən, böyü, paylaş” sosial təşəbbüsünə start verib
Aİ-də elektromobillərin satışı 44% artıb
Cəmiyyət 16:13
Aİ-də elektromobillərin satışı 44% artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol