• $ 1.7
  • € 2.0045
  • ₽ 0.021798
  • ₺ 0.0397
  • £ 2.2973

İlk universal “5G” modemi yaradılıb

İlk universal “5G” modemi yaradılıb
05.01.2017 19:35
Beşinci nəsil mobil rabitə şəbəkəsinin (5G) qlobal istifadəyə verilməsinə bir neçə il qalmasına baxmayaraq şirkətlər bu hadisəyə hazırlaşaraq çoxsaylı sınaqlar keçirirlər.
 
Belə ki, "Intel" şirkəti "CES 2017" istehlak elektronikası sərgisi çərçivəsində bütün dünyada işləyə bilən ilk "5G" modemini təqdim edib. Yeni qurğunun "5G" şəbəkəsinin inkişafının və istifadəyə verilməsinin sürətləndirilməsinə xidmət edəcəyi bildirilir. Lakin modemin başlıca xüsusiyyəti mövcud texnologiyalarla yüksək buraxılış qabiliyyətini və az yubanmanı təmin etməsidir.

"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, "Intel" şirkətinin korporativ vitse-prezidenti Aişə Evansın sözlərinə görə, "5G" internetə maneəsiz qoşulma, massiv hesablama gücü və "bulud"da saxlanılan məlumat və analitikadan istifadə yolu ilə milyardlarla qurğunu "ağıllı" qurğuya çevirməyə imkan verəcək. "Həmçinin "5G" həyatımızı və ətrafımızda olanları dəyişəcək. Texnologiya fiziki və rəqəmli dünya arasında sərhədləri aradan qaldıraraq bizə yeni təəssürat və faydalı imkanlar təqdim edəcək", - o qeyd edib.

Məlumata görə, modem 6 QHs tezliklərindən aşağı və millimetrlik dalğalar diapazonunda işləməyə imkan verən yeni "5G" qəbuledici-ötürücü ilə təchiz edilib. Birləşməyə "3GPP 5G NR" texnologiyası daxildir ki, bu da az yubanmanı, qabaqcıl kodlaşdırma proqramlarını, daha sürətli qoşulmanı və ultrahəssaslığı təmin edir. Hazırda ABŞ istehsalçısının məqsədi əvvəlki sınaqları dəstəkləmək və "3GPP NR" spesifikasiyalı məhsulların inkişafını sürətləndirməyə imkan verən əsası yaratmaqdan ibarətdir. Bunun "3GPP 5G" standartının qlobal tətbiqinin daha da sürətləndirilməsinə xidmət edəcəyi qeyd olunur.

Bildirilir ki, bu gün operatorlar qarşısında duran əsas vəzifələrdən biri istehlakçıların buraxılış qabiliyyəti və internet sürəti üçün tələbatları ilə ayaqlaşmaqdır. "Intel" şirkətinin yeni "5G" modemi istifadəçilərin tələbatlarına cavab verə bilən yeni qurğular üçün əsas yaradır. Qurğu ABŞ, Avropa, Cənubi Koreya və Yaponiya daxil olmaqla bütün dünyada "5G" şəbəkəsindən istifadəni təmin edəcək.

Şirkət yeni modemin sınaq nümunələrinin istehsalına bu ilin ikinci rübündə başlamağı planlaşdırır.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya vətəndaşlarını bu ölkəyə səfər etməməyə çağırıb
Dünya 20:10
Rusiya vətəndaşlarını bu ölkəyə səfər etməməyə çağırıb
İsrail Livanda SEPAH-ın yüksək rütbəli komandirini məhv edib
Dünya 19:25
İsrail Livanda SEPAH-ın yüksək rütbəli komandirini məhv edib
Rusiya təyyarəsi təcilieniş edib
Dünya 11:09
Rusiya təyyarəsi təcilieniş edib
Qəzza sazişinin ikinci mərhələsi yanvarda başlayacaq
Dünya 10:36
Qəzza sazişinin ikinci mərhələsi yanvarda başlayacaq
Ərdoğan liviyalı həmkarına başsağlığı verib
Dünya 23:08
Ərdoğan liviyalı həmkarına başsağlığı verib
"Fənərbaxça" klubunun prezidenti yenidən saxlanılıb
Dünya 21:48
"Fənərbaxça" klubunun prezidenti yenidən saxlanılıb
Yaponiyada doğum sayı 2025-ci ildə rekord minimuma enə bilər
Dünya 16:26
Yaponiyada doğum sayı 2025-ci ildə rekord minimuma enə bilər
İsxak Hersoq Azərbaycan Prezidentinə zəng edib
Dünya 15:56
İsxak Hersoq Azərbaycan Prezidentinə zəng edib
Avstraliya nasist simvolları nümayiş etdirən Britaniya vətəndaşının vizasını ləğv edib
Dünya 13:52
Avstraliya nasist simvolları nümayiş etdirən Britaniya vətəndaşının vizasını ləğv edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol