• $
  • £

Boks komandalarımıza yeni məşqçilər təyin edildi

Boks komandalarımıza yeni məşqçilər təyin edildi
11.01.2017 15:59
Ayrı-ayrı yaş qruplarında boks üzrə seçmə komandalarımızın yeni məşqçiləri müəyyənləşib.
 
Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, ukraynalı tanınmış mütəxəssis Leonid Layivski milli kollektivin baş məşqçisi təyin olunub. Nəriman Abdullayev milli komandamızın böyük məşqçisi vəzifəsini davam etdirəcək.

Gənclərdən ibarət komandamızı bundan sonra Vaqif Şirinov çalışdıracaq. Əməkdar məşqçi Vaqif Kazımov yeniyetmə boksçulardan ibarət heyətə rəhbərlik edəcək. Qadınlardan ibarət komandamız isə Elbrus Rzayevin rəhbərliyi altında çıxışını davam etdirəcək.

Qeyd edək ki, böyüklər arasında Azərbaycan çempionatı yanvarın 25-dən 30-a kimi keçiriləcək.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol