• $
  • €
  • ₽
  • ₺
  • £

32 nəfər əlaçı məzun imtahanlarda 0–100 bal toplayıb

32 nəfər əlaçı məzun imtahanlarda 0–100 bal toplayıb
19.06.2026 16:45

Qəbul imtahanında iştirak edən 78 212 nəfər 2025-ci il məzunudur. Onlardan 9 954 nəfəri və ya 12,73%-i 500-700 bal intervalında nəticə göstərib. Bu barədə Dövlət İmtahan Mərkəzinin açıqladığı statistikalarda məlumat yer alıb. 

Orta attestat balı 5 olan 13 414 məzunun 6 490 nəfəri (48,38%) 500-700 bal toplayıb, 5 198 nəfəri (38,75%) isə 300-500 bal intervalında nəticə göstərib.

Bu qrupda cəmi 0,24% abituriyent 0-100 bal aralığında nəticə əldə edib.


Orta attestat balı 4,5-5 olan məzunların 13,48%-i 500-700 bal toplasa da, bu göstərici 4-4,5 attestat balı olanlarda 3,45%-ə düşür.

Orta attestat balı 3-3,5 olan 9 595 məzundan yalnız 19 nəfər və ya 0,2%-i 500-dən yuxarı bal toplayıb.


Diqqət çəkən məqamlardan biri isə attestat balı 3 olan məzunlarla bağlıdır. Bu kateqoriyaya daxil olan 2 280 nəfərin yarıdan çoxu – 50,26%-i qəbul imtahanında 0-100 bal aralığında nəticə göstərib, yalnız bir nəfər 500 baldan yuxarı nəticə əldə edib.


Ümumilikdə, qəbul imtahanında iştirak edən 90 911 nəfərin 10 429-u və ya 11,47%-i 500-700 bal intervalında nəticə göstərib. Ən böyük pay isə 300-500 bal aralığında qeydə alınıb və bu qrupa iştirakçıların 28,35%-i daxildir.

Gülnar Nazimqızı 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol