• $ 1.7
  • € 2.0045
  • ₽ 0.021798
  • ₺ 0.0397
  • £ 2.2973

Trampın mətbuat konfransı maliyyə bazarlarına ciddi təsir edəcək

Trampın mətbuat konfransı maliyyə bazarlarına ciddi təsir edəcək
11.01.2017 17:07
Qlobal maliyyə bazarları bu gün, yanvarın 11-də ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Bakı vaxtı ilə saat 20:00-da keçiriləcək ilk mətbuat konfransını gözləyir. 

"Report" xəbər verir ki, maliyyə bazarları üçün bu gün keçiriləcək mətbuat konfransı yanvarın 20-də gözlənilən prezidentin inauqurasiya mərasimindən daha önəmlidir. Belə ki, bugünki çıxışında D.Trampın vergi dərəcələrinin azaldılması və fiskal xərclərin artırılması barədə vədlərini yenidən təkrar edib-etməyəcəyi və bu qərarlar barədə bəyanatları diqqətlə izlənəcək. 

Qeyd edək ki, 8 noyabr prezident seçkilərindən sonrakı iki ay ərzində ABŞ dolları və ölkənin fond birja indeksləri məhz Trampın bu vədləri ilə kəskin artım göstərib. Bugünki mətbuat konfransında yuxarıda sadalanan vədlərlə yanaşı Rusiya ilə münasibətlər, Çinlə ticarət əlaqələrinin gələcəyi, "Obamacare" adlanan səhiyyə islahatları ilə bağlı sualların cavabı maliyyə bazarları tərəfindən qiymətləndiriləcək.

"Report"un analitik qrupu bugünki mətbuat konfransından sonra dolların məzənnəsinin, fond indeksləri və xammal qiymətlərinin ciddi dəyişə biləcəyini proqnozlaşdırır.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya vətəndaşlarını bu ölkəyə səfər etməməyə çağırıb
Dünya 20:10
Rusiya vətəndaşlarını bu ölkəyə səfər etməməyə çağırıb
İsrail Livanda SEPAH-ın yüksək rütbəli komandirini məhv edib
Dünya 19:25
İsrail Livanda SEPAH-ın yüksək rütbəli komandirini məhv edib
Rusiya təyyarəsi təcilieniş edib
Dünya 11:09
Rusiya təyyarəsi təcilieniş edib
Qəzza sazişinin ikinci mərhələsi yanvarda başlayacaq
Dünya 10:36
Qəzza sazişinin ikinci mərhələsi yanvarda başlayacaq
Ərdoğan liviyalı həmkarına başsağlığı verib
Dünya 23:08
Ərdoğan liviyalı həmkarına başsağlığı verib
"Fənərbaxça" klubunun prezidenti yenidən saxlanılıb
Dünya 21:48
"Fənərbaxça" klubunun prezidenti yenidən saxlanılıb
Yaponiyada doğum sayı 2025-ci ildə rekord minimuma enə bilər
Dünya 16:26
Yaponiyada doğum sayı 2025-ci ildə rekord minimuma enə bilər
İsxak Hersoq Azərbaycan Prezidentinə zəng edib
Dünya 15:56
İsxak Hersoq Azərbaycan Prezidentinə zəng edib
Avstraliya nasist simvolları nümayiş etdirən Britaniya vətəndaşının vizasını ləğv edib
Dünya 13:52
Avstraliya nasist simvolları nümayiş etdirən Britaniya vətəndaşının vizasını ləğv edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol