• $ 1.7
  • € 2.0045
  • ₽ 0.021798
  • ₺ 0.0397
  • £ 2.2973

"Moody`s": Qarabağ münaqişəsi MDB iqtisadiyyatına mənfi təsir edir

12.01.2017 10:23
Neftin qiymətinin stabilləşməsi MDB üzvü olan 9 ölkəyə birbaşa  və dolayı iqtisadi və maliyyə təzyiqi azaldıb.
 
ANN.Az APA-Economics-ə istinadən xəbər verir ki, bu barədə "Moody's Investors Service" beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda deyilir.
 
Buna baxmayaraq, agentliyin 2017-ci il üzrə region ölkələri ilə bağlı proqnozu neqativdir. Buna səbəb MDB ölkələrinin xarici valyutada ifadə olunan irihəcmli borclarının olmasıdır.
 
Ötən il "Moody's" agentliyinin MDB regionunun 5 ölkəsinin reytinqi ilə bağlı proqnozu neqativ olub. Buna da səbəb neftin qiymətlərinin enməsidir. "Neftin ucuzlaşması həmin ölkələrin daxilolmalarına ciddi təsir edib. Bu isə həmin ölkələrin iqtisadiyyatına zəncirvari qaydada neqativ effekt göstərib. Nəticədə MDB ölkələri pul-kredit və vergi-büdcə siyasətini dəyişməli oldu. Buna baxmayaraq, cari il üzrə makroiqtisadi proqnoz aşağı səviyyədədir, kredit riskləri isə hələ də dominantlıq edir", - deyə agentliyin böyük vitse-prezidenti Kristin Lindou bildirib.
 
K. Lindou əlavə edib ki, orta hesabla region ölkələrinin ÜDM-i 2017-ci ildə 2%, 2018-ci ildə isə 3% artacaq. "Cari ildə neftin bahalaşması neft ixracatı ilə məşğul olan region ölkələrinin daxilolmalarını artıracaq ki, bu da onlara bir sıra manevr imkanları verəcək", - deyə o bildirib.
 
Vitse-prezident qeyd edib ki, geosiyasi münaqişələr cari ildə də MDB ölkələrinin iqtisadiyyatına neqativ təsir edəcək. Buna misal olaraq K. Lindou Qərb ölkələrinin Ukrayna münaqişəsi ilə əlaqədar Rusiyaya qarşı tətbiq olunan sanksiyaların tətbiqini, o cümlədən Azərbaycanla Ermənistan arasında arabir vəziyyətin gərginləşməsini göstərir. "Bizim reytinqlərimizi alan MDB-nin 9 ölkəsindən yalnız Belarus və Qazaxıstan hərbi münaqişələrə cəlb olunmayıb", - deyə o bildirib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
İqtisadiyyat 17:24
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
DSX və FHN-də hərbi qulluqçuların maaşları artırılıb
İqtisadiyyat 17:39
DSX və FHN-də hərbi qulluqçuların maaşları artırılıb
Qazaxıstan Almaniyaya 1,2 milyon ton neft ixrac etməyi planlaşdırır
İqtisadiyyat 17:24
Qazaxıstan Almaniyaya 1,2 milyon ton neft ixrac etməyi planlaşdırır
Ötən il əsas kapitala yatırılan investisiyaların həcmi azalıb
İqtisadiyyat 16:08
Ötən il əsas kapitala yatırılan investisiyaların həcmi azalıb
2024-cü ildə ÜDM-in həcmi 4,1% artıb
İqtisadiyyat 12:45
2024-cü ildə ÜDM-in həcmi 4,1% artıb
STEAS uğurun təminatı — zamanın tələblərinə  cavab verən marketinq - TƏHLİL
İqtisadiyyat 09:03
STEAS uğurun təminatı — zamanın tələblərinə cavab verən marketinq - TƏHLİL
Britaniyada yerli anbarlarda cəmi bir həftəlik qaz qalıb
İqtisadiyyat 16:33
Britaniyada yerli anbarlarda cəmi bir həftəlik qaz qalıb
Azərbaycanda kreditlərlə bağlı yenilik: Sosial şəbəkələrdə fəaliyyət də izlənəcək
İqtisadiyyat 14:35
Azərbaycanda kreditlərlə bağlı yenilik: Sosial şəbəkələrdə fəaliyyət də izlənəcək
Azərbaycan qazını alan ölkələrin coğrafiyası genişlənib  - İlham Əliyev
İqtisadiyyat 23:06
Azərbaycan qazını alan ölkələrin coğrafiyası genişlənib - İlham Əliyev
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol