• $
  • £

Nazir müavini: "Azərbaycan İslam Həmrəyliyi Oyunlarına tam hazırdır"

Nazir müavini:
12.01.2017 17:07
"IV İslam Həmrəyliyi Oyunları yüksək səviyyədə keçiriləcək. Azərbaycan bu mötəbər idman yarışının keçirilməsinə tam hazırdır. Bizim bu sahədə təcrübəmiz var və biz başqa ölkələrə yenə nümunə olacağıq”.
 
ANN.Az APA-ya istinadən xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.
 
O bildirib ki, hazırda 50-dən çox ölkə IV İslam Həmrəyliyi Oyunlarında iştirakını təsdiqləyib:
 
"İdmançılar, onların məşqçiləri, tibbi heyət də daxil olmaqla, 5000-ə yaxın insanın yarışlarda iştirakı gözlənilir. 20 sahədə 24 növ üzrə idman yarışları keçiriləcək. Oyunlar zamanı 16 idman obyekti və qurğusu idmançıların ixtiyarında olacaq. Bu idman obyektləri yeni deyil, onların hamısı I Avropa Oyunları zamanı inşa edilib və tam müasir standartlara cavab verir. Atletlər kəndi də fəaliyyət göstərəcək. IV İslam Həmrəyliyi Oyunları Azərbaycan üçün çox böyük maraq kəsb edir. Eyni zamanda, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinə ölkənin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etməsi artıq uğuru təmin edən məqamdır. Biz I Avropa Oyunları zamanı bunun şahidi olmuşuq”.
 
Nazir müavini prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli” elan olunmasının cəmiyyət tərəfindən müsbət qarşılandığını da vurğulayıb:
 
"Bu gün Azərbaycan islam dünyasının ən aparıcı ölkələrindən biridir. Azərbaycan həm Qərbi, həm də Şərqi təmsil edir”.
 
Oyunlar üçün 12 mindən artıq gəncin könüllü kimi qeydiyyatdan keçdiyini söyləyən İ. Babayev onların arasından təxminən 8 min gəncin seçiləcəyini deyib. 
 
Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 12-22 may tarixlərində Bakıda keçiriləcək. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol