• $
  • £

Azərbaycan klublarının gəlir və itkiləri açıqlandı

Azərbaycan klublarının gəlir və itkiləri açıqlandı
13.01.2017 12:00
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2014-2015 mövsümündə çıxış etmiş klublar həmin maliyyə ilində 40 milyon avro gəlir əldə ediblər. 

"Report"un məlumatına görə, bu barədə UEFA-nın 2015-ci il üçün hazırladığı illik maliyyə hesabatında bildirilir. Məbləğin 66 faizini (26,4 milyon avro) sponsor və kommersiya gəlirləri təşkil edib. İkinci yerdə UEFA-nın ayırdığı vəsait gəlir - 21 faiz (8,4 milyon avro). Digər gəlirlər 11 faiz (4,4 milyon avro), bilet və atribut satışı isə 2 faiz (800 min avro) olub.  Əvəzində transferlərdən heç bir gəlir götürülməyib. 

Gəlirin 60 faizi (24 milyon avro) maaşlara xərclənib ki, bu da əvvəli illə müqayisədə 22 faiz azdır. Başqa sözlə, klublar əmək haqqına orta hesabla 2,4 milyon avro sərf ediblər.  

Mənfəət dərəcəsi klublardan biri üçün 20 faizdən yuxarı, ikisi üçün 20 faizədək, ikisi üçün 10 faizədək olub. Əvəzində bir klub 20 faizədək, üç klub 20 faizdən çox zərərə düşüb. Daha bir klub - "Araz Naxçıvan" mövsümün əvvəlində mübarizədən çəkildiyi üçün bu göstəricidə nəzərə alınmayıb. 

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 2014-2015 mövsümündə "Qarabağ" qızıl, "İnter" gümüş, "Qəbələ" bürünc medal qazanıb. Sonrakı yerləri "Neftçi", "Simurq", AZAL, "Xəzər Lənkəran", "Sumqayıt" və "Bakı" tutub. 10-cu komanda - "Araz-Naxçıvan" isə çempionatı yarımçıq tərk edib. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol