• $
  • £

“Qəbələ” Türkiyə klubunu darmadağın etdi

“Qəbələ” Türkiyə klubunu darmadağın etdi
15.01.2017 15:35
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası qonşu ölkədə 3-cü yoxlama oyununu keçirib.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, "Qırmızı-qaralar”ın təlim-məşq toplanışındakı son rəqibi yerli "Kunduspor” olub. 

"Qəbələ” matça aşağıdakı "11-lik”lə başlayıb: Elməddin Sultanov, Tural Əjdərli, Faiq Hacıyev, Osman Soltanov, Güləli Mehrəliyev, İlkin Abdullayev, Vüsal Mustafayev, Tunar Mütəllimov, Məhəmməd Abbaslı, Rüstəm Nuruyev, Kamran Quliyev.

Qarşılaşma "Qəbələ”nin aşkar üstünlüyü ilə keçib. U-19 Türkiyə komandasının qapısından 5 cavabsız qol keçirib. Bu qollardan ikisinə Faiq Hacıyev imza atıb. Rüstəm Nuruyev, Kamran Quliyev və Məhəmməd Abbaslı isə hərəyə 1 dəfə fərqləniblər.

Yanvarın 8-dən Antalyada toplanışda olan "Qəbələ” hazırlıqlarını bu oyunla yekunlaşdırıb. Təmsilçimiz bunadək keçirdiyi ilk iki oyunda "Qartalspor”a 3:1 hesabı ilə qalib gəlib və "Antalyaspor”a 1:2 hesabı ilə uduzmuşdu.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol