• $
  • £

"Spartak" klubu Aleksandr Səmədovu transfer etdi

16.01.2017 22:10
Rusiya milli komandası və Moskvanın "Lokomotiv" klubunun futbolçusu Aleksandr Səmədov "Spartak"a keçib.
 
"Report"un məlumatına görə, bununla bağlı iki klub arasında transfer müqaviləsi bağlanılıb. 
 
"Spartak"ın rəsmi saytı 32 yaşlı yarımmüdafiəçi ilə anlaşmanın müddətini və maliyyə tərəflərini açıqlamayıb. Müqavilə yanvarın 18-dən qüvvəyə minəcək.
 
Təcrübəli futbolçu 12 ildən sonra doğma klubuna qayıtmasından böyük həyəcan və sevinc hissi keçirdiyini bildirib. 
 
Qeyd edək ki, Aleksandr Səmədovun atası azərbaycanlı, anası rusdur. O, "Spartak"da 2012-ci ilin noyabrında debüt edib və 59 oyuna 9 qol vurub. 2005 - 2016-cı illərdə o, iki dəfə "Lokomotiv"də, həmçinin "Moskva" və "Dinamo" klublarında forma geyinib. Səmədov bu mövsüm 15 oyuna 4 qol vurduğu "dəmiryolçular"ı baş məşqçi Yuri Syominlə münasibətləri pozulduğu üçün tərk edib. Futbolçu 2011-ci ildən Rusiya yığmasına çağırılmağa başlayıb. O, 35 oyuna 5 qol vurub, 2014-cü il dünya və 2016-cı il Avropa çempionatlarında çıxış edib. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol