• $
  • £

Dünyanın ən bahalı futbolçularının REYTİNQİ

Dünyanın ən bahalı futbolçularının  REYTİNQİ
16.01.2017 22:25
"Barselona” klubunun hücumçusu Neymar Beynəlxalq İdman Tədqiqat Mərkəzinin (CIES) versiyasına əsasən dünyanın ən bahalı hücumçusu seçilib.

Oxu.Az-ın məlumatına görə, bu barədə bazar ertəsi, yanvarın 16-da, "football-observatory.com” nəşri yazır.

Braziliyalının transferi 246,8 milyon avro dəyərində qiymətləndirilir. İlk üçlüyə həmçinin "Barselona”nın digər hücumçusu Lionel Messi (170,5 milyon avro) və "Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqba (155,3 milyon avro) daxil edilib. 

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) versiyasına görə 2016-cı ilin ən yaxşı futbolçusu adına layiq görülən və "Qızıl top” mükafatını qazanan Madrid "Real”ının portuqaliyalı hücumçusu Kriştiano Ronaldo siyahıda yalnız yeddinci pillədə qərarlaşıb (126,5 milyon avro).

Qeyd edək ki, ilk onluqda həmçinin Antuan Qrizmann ("Atletiko”), Luis Suares ("Barselona”), Harri Keyn ("Tottenhem”), Paulo Dibala ("Yuventus”), Dele Alli ("Tottenhem”) və Eden Azarın ("Çelsi”) adı var.

Beynəlxalq İdman Tədqiqat Mərkəzi reytinqin hazırlanmasında futbolçuların statistik göstəricilərini, oyun vaxtını, yaşını və müqaviləsini nəzərə alıb. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol