• $
  • £

Qurban Qurbanov: “Üç böyüklər”i Azərbaycanda gözləyirik”

Qurban Qurbanov: “Üç böyüklər”i Azərbaycanda gözləyirik”
29.05.2020 10:55
"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Türkiyənin üç boyük klubunu Azərbaycanda görmək istədiyini bildirib.

Qol.az-ın xəbərinə görə, "Anadolu” agentliyinə müsahibəsində o bildirib ki, bu komandalarla yoldaşlıq görüşünü keçirməkdən məmnun olarlar: "Həm Türkiyə, həm də bizdə liqa çox çətindir. Öz aramızda oyun keçirmək üçün təqvim müəyyələşdirmək asan deyil. Amma iki qardaş ölkə arasında futbol matçları olarsa, futbol əlaqələrimiz də yaxın olar. Bizdə də "Beşiktaş”lılar, "Qalatasaray”lılar, "Fənərbaxça”lılar var. Azərbaycanlılar bu üç komandaya daha çox azarkeşlik edir. Azərbaycanda bu komandalarla oyun böyük maraq doğurar. Bu səbəbdən "üç böyüklər”i Azərbaycanda gözləyirik”.

Q.Qurbanov bildirib ki, bu komandalardan biri ilə avrokuboklarda görüşmək daha maraqlı olar: "Futbolumuz inkişaf edir. Gələcəkdə Türkiyə komandalarından biri ilə avrokuboklarda qarşılaşacağımıza inanıram”.

Q.Qurbanov bu mövsüm Avropa Liqasında Yunanıstanın PAOK komandasına qarşı 2 dəfə oynadıqlarını, "Qalatasaray”ın yeni transferi Qarri Rodrigesin də bu görüşlərdə iştirak etdiyini söyləyib: "Rodrigesdə bir futbolçuda lazım olan önəmli qabiliyyətlər var. Çox sürətli və texnikalı oyunçudur. Onun "Qalatasaray”a güc qatacağına inanıram”.

Ağdam klubunun baş məşqçisi Türkiyə superliqası barədə də danışıb: "Başakşehir” böyük bir performans göstərdi. Onlara uğurlar arzulayıram. Çempion olmaları türk futboluna fayda verər. Çünki bu, yenilik olacaq. Daha çox "Beşiktaş”ın oyunlarını izləyirəm. Çox təcrübəli baş məşqçiləri var”.

Q.Qurbanov ən çox bəyəndiyi türkiyəli futbolçunun isə "Bayer”də oynayan Hakan Çalhanoğlu olduğunu deyib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
İdman 15:01
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb
İdman 21:04
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb

"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
İdman 19:17
"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol