• $
  • £

Samir Abbasov: "Bu, futbolçuya ağır gəlir"

Samir Abbasov:
21.01.2017 16:39
"Antalyada yaxşı məşqlər keçdik. Toplanışı qənaətbəxş hesab etmək olar”.

"Qafqazinfo” xəbər verir ki, bu sözləri "Sumqayıt”ın baş məşqçisi Samir Abasov deyib.

O, klubun saytına açıqlamasında komandasının Antalya toplanışını dəyərləndirib: "Hər 3 gündən bir yoxlama oyununa çıxdıq. 3 sınaq matçımız oldu. Antalyaya az oyunçu ilə gəlmişik. Ona görə də uşaqlar çox yükləndilər. Ancaq elə istədiyimiz də o idi ki, əsas heyət üzvləri daha çox güc sərf etsinlər. Yaxşı rəqiblərlə qarşılaşdıq. Deyə bilmərəm ki, futbolçulardan istədiklərimi tam aldım.

Çatışmazlıqlarımız var. Onları da çempionat oyunlarında aradan qaldıracağıq. Oyunçu çatışmazlığımız da var. Təsəvvür edin ki, daima sol cinahda oynayan futbolçunu ortada oynamağa məcbur edirik. Bu da futbolçuya ağır gəlir. Biz də onu başa salmaq üçün həddindən çox hirslənirik. Futbolçularımız əllərindən gələni edirlər. Həqiqətən də çox ağır şəraitdə məşqlər edirik. Bəlkə də, yoxlama oyunlarında məğlub olmağımızın səbəbi yorğunluqdur. Çətin olanları yerinə yetirdik, ümid edirəm ki, bəhrəsini çempionatda görə biləcəyik".

Qeyd edək ki, "Sumqayıt” bu gün Antalya toplanışı başa vuraraq vətənə qayıdacaq.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol