• $
  • £

Ueyn Runi dünyanın ən yüksək ödənişli futbolçusu ola bilər

Ueyn Runi dünyanın ən yüksək ödənişli futbolçusu ola bilər
23.01.2017 10:48
İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Ueyn Runi karyerasını Çində davam etdirə bilər.
 
"Report"un "The Sun"a istinadən verdiyi məlumata görə, adı açıqlanmayan Çin klubu 31 yaşlı hücumçunun xidmətində maraqlıdır.
 
Runi təklifi qəbul edəcəyi təqdirdə, qonşu qitədə həftəsinə təxminən 1.15 milyon avro qazanacaq. Futbolçunun indiki gəliri həftədə 345 min avro civarındadır. Tərəflər arasında danışıqlar müsbət nəticələnsə, Runi mövsümün sonunda Çinə üz tutacaq. Bu halda o, dünyanın ən yüksək ödənişli futbolçusu olacaq və həftəsinə 710 min avro qazanan Karlos Tevesi qabaqlayacaq.
 
Qeyd edək ki, Ueyn Runi 2004-cü ildən "Mançester Yunayted"də çıxış edir. Cari mövsümdə o, Premyer Liqada 16 oyunda 2 qol vurub və 4 qol ötürməsi edib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol