• $ 1.7
  • € 1.7604
  • ₽ 1.7617
  • ₺ 0.0472
  • £ 2.1151

“Oskar” mükafatına namizədlərin adı açıqlandı

“Oskar” mükafatına namizədlərin adı açıqlandı
29.05.2020 10:20
Los-Ancelesdə ABŞ Kino Akademiyasının "Oskar” mükafatına namizədlər elan olunub.

ANN.Az-ın Trend-ə istinadən məlumatına görə, builki namizədlər arasında "La-La Lend” filmi özünəməxsus rekorda imza atıb. Bu filmin 14 nominasiyada adı hallanıb.

Ən yaxşı film nominasiyasında isə "Gəliş”, "Hasarlar”, "Döyüş vadisi”, "Hər vəchlə”, "Gizli fiqurlar”, "La La Lend”, "Aslan”, "Dəniz kənarında Mançester” və "Ay işığı” filmlərindən biri qalib elan olunacaq.

"Ən yaxşı kişi aktyor” nominasiyasında Keysi Afflek ("Dəniz kənarında Mançester”), Denzel Vaşinqton ("Hasarlar”), Rayan Qoslinq ("La La Lend”), Viqqo Mortensen ("Kapitan Fantastik”) və Endryu Qarfild ("Döyüş vadisi”) mübarizə aparacaq.

"Ən yaxşı aktrisa” nominasiyasında İzabel Yupper ("Elle”), Emma Stoun ("La-La Lend”), Rut Negga ("Sevmək”), Meril Strip ("Florens Foster Cenkins”) və Natali Portman ("Ceki”) irəli sürülüb.

Ən yaxşı rejissor adı uğrunda Deni Vilnöv ("Gəliş”), Mel Gibson ("Döyüş vadisi”), Demyen Şazell ("La La Lend”), Kennet Lonerqan ("Dəniz kənarında Mançester”) və Barri Cenkins ("Ay işığı”) mübarizə aparacaq.

Bu il "Oskar” mükafatları fevralın 26-da təqdim olunacaq.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Oskar” mükafatına namizədlərin adı açıqlandı
Mədəniyyət 10:20
“Oskar” mükafatına namizədlərin adı açıqlandı
Nağılvari Vyana meşələri - FOTO+VİDEO
Mədəniyyət 09:18
Nağılvari Vyana meşələri - FOTO+VİDEO
Xalq artisti Muxtar Maniyevin ikinci ayağı amputasiya olundu
Mədəniyyət 07:01
Xalq artisti Muxtar Maniyevin ikinci ayağı amputasiya olundu
Qızıl əlli usta - Rövşən Ənsari - FOTOREPORTAJ
Mədəniyyət 06:01
Qızıl əlli usta - Rövşən Ənsari - FOTOREPORTAJ
Bakıda Emin Qəhrəmanovun fərdi sərgisi açılıb - REPORTAJ
Mədəniyyət 05:44
Bakıda Emin Qəhrəmanovun fərdi sərgisi açılıb - REPORTAJ
“Eurovision-2016” mahnı müsabiqəsinin ikinci yarımfinalı başladı
Mədəniyyət 05:09
“Eurovision-2016” mahnı müsabiqəsinin ikinci yarımfinalı başladı
Xalça muzeyində “Zərgərlik inciləri” bölməsi açıldı - FOTOLAR
Mədəniyyət 03:17
Xalça muzeyində “Zərgərlik inciləri” bölməsi açıldı - FOTOLAR
Lavaş YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildi
Mədəniyyət 01:43
Lavaş YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildi
Bakıda Rəşid Behbudovun heykəli ucaldılıb - FOTOLAR
Mədəniyyət 22:54
Bakıda Rəşid Behbudovun heykəli ucaldılıb - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol