• $ 1.7
  • € 1.9791
  • ₽ 0.021951
  • ₺ 0.04
  • £ 2.2495

Musiqili Teatrda “Mənim günahım”ın son məşqləri

Musiqili Teatrda “Mənim günahım”ın son məşqləri
29.05.2020 07:48
Azərbaycan Dövlət Musiqili Teatrı növbəti premyeraya hazırlaşır.
 
Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, böyük dramaturq, Xalq yazıçısı, Dövlət mükafatı laureatı İlyas Əfəndiyevin "Mənim günahım” pyesi və bəstəkar Qara Qarayevin musiqiləri əsasında hazırlanan tamaşanın məşqləri yekunlaşmaq üzrədir. Tamaşanın quruluşçu rejissoru Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlovadır. "Sevgi üçbucağı haqqında ballada, pritça kimi hazırladığımız bu tamaşa böyük İlyas Əfəndiyevin məşhur lirik-psixoloji dramı əsasında səhnələşdirmədir. Layihənin ideya müəllifi və bədii rəhbəri Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir. Tamaşada dünyaca məşhur Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti Qara Qarayevin "Yeddi gözəl” baletindən və digər ölməz musiqilərindən istifadə olunacaq. Tamaşa minimalizm üslubunda qurulub. Biz dekorasiyadan demək olar ki, imtina etmişik. Bəli, dekorasiya yoxdur, amma bunun əvəzində müasir texniki üsullardan, texniki vasitələrdən istifadə eləmişik. Əsər bir qadının, həm də sənətkar olan, sənətini sevən, bütün varlığıyla sənətə bağlı olan Nurcahan adlı bir qadının faciəsindən bəhs edir.
 
Nurcahan balerinadır. Yaşlandıqca səhnə üçün gərəksiz olur. Amma o bunu qəbul, həzm edə bilmir. Çünki hadisələr elə bir formada cərəyan edir ki, Nurcahan nəinki səhnəni, həm də sevimli əri Sahibi itirə bilər. Əslində, Sahib onu məhz səhnədə bəyənib, ilk növbədə sənətkar kimi sevib. İndi isə elə bir məqam yetişib ki, səhnədə Nurcahanı əvəzləyən Ayqız həm də Sahibin ürəyini ovlamaqdadır...”, - deyə quruluşçu-rejissor İradə Gözəlova söyləyib. 
Qeyd edək ki, tamaşanın dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysteri Yelena Ağayeva, quruluşçu rəssamı Gəncə Dövlət Dram Teatrının rəssamı Elnur Axundov, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Elməddin Dadaşovdur. Tamaşada rolları Xalq artisti Şükufə Yusifova, Əməkdar artist İlham Hüseynov və balet artisti Cəlalə Novruzlu ifa edəcəklər.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Mortal Kombat” filmindəki Şanq Tsu obrazı ilə tanınan aktyor, 75 yaşında vəfat edib
Mədəniyyət 10:09
“Mortal Kombat” filmindəki Şanq Tsu obrazı ilə tanınan aktyor, 75 yaşında vəfat edib
UVS Production debüt konsert proqramını təqdim edib
Mədəniyyət 13:56
UVS Production debüt konsert proqramını təqdim edib
Əyyub Quliyev Dövlət Kamera Orkestrinə dirijor təyin edilib
Mədəniyyət 10:00
Əyyub Quliyev Dövlət Kamera Orkestrinə dirijor təyin edilib
“Bayır şəhər”in dəyəri və şəhəri zəbt edən “düşmənlər” haqqında - KÖŞƏ
Mədəniyyət 08:33
“Bayır şəhər”in dəyəri və şəhəri zəbt edən “düşmənlər” haqqında - KÖŞƏ
Müsəllim Həsənov: “Dünyada mətbuatın funksiyası dəyişir”
Mədəniyyət 13:13
Müsəllim Həsənov: “Dünyada mətbuatın funksiyası dəyişir”

Naxçıvanda 50 abidənin pasportu hazırlanacaq
Mədəniyyət 11:14
Naxçıvanda 50 abidənin pasportu hazırlanacaq
Xalq şairi Nəriman Həsənzadə xəstəxanaya yerləşdirilib
Mədəniyyət 13:34
Xalq şairi Nəriman Həsənzadə xəstəxanaya yerləşdirilib

Rəqsanə ev dustaqlığına buraxılıb
Mədəniyyət 17:48
Rəqsanə ev dustaqlığına buraxılıb

Xalq artisti Roza Cəlilova vəfat edib
Mədəniyyət 10:22
Xalq artisti Roza Cəlilova vəfat edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol