• $
  • £

Azərbaycan Premyer Liqasında XV tura start veriləcək

Azərbaycan Premyer Liqasında XV tura start veriləcək
28.01.2017 13:56
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2017-ci ilin ilk turuna start veriləcək. 

"Report"un məlumatına görə, XV turun ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Mövsümün ikinci yarısı Qəbələdə start götürəcək. Bölgənin eyniadlı komandası "Sumqayıt"ı sınağa çəkəcək. "Qəbələ" 2016-cı ili 31 xalla turnir cədvəlinin ikinci pilləsində başa vurub. "Sumqayıt" isə hazırda 17 xalla dördüncüdür. Roman Qriqorçukun rəhbərlik etdiyi komanda qələbə sayəsində turnir cədvəlinin birinci pilləsinə yüksəlmək şansı qazanacaqsa, Aqil Abasovun komandası səfərdə 3 xal qazanmaqla 4-cü pillədəki yerini möhkəmləndirəcək. Tərəflər arasında bu günə qədər keçirilən 18 görüşün 13-də "Qəbələ", yalnız 1-də isə "Sumqayıt" üstün tərəf olub. 4 oyun heç-heçə başa çatıb. 3 il 5 aydır rəqibini məğlub edə bilməyən "Sumqayıt” 13 oyundur qələbə həsrətindədir. "Qəbələ” ev oyunlarında xal itirməyib. "Qırmızı-qaralar” keçirilən bütün matçlarda qol vurub.

Günün son oyunu isə Bakıda "İnter" və Gəncənin "Kəpəz" komandaları arasında olacaq. "Sarı-göylər" səfərdən qələbə ilə dönəcəyi təqdirdə 4-cü yerə qədər yüksəlmək şansı qazanacaq. Təbii ki, bu turun digər oyunlarının nəticəsindən də asılıdır. "İnter" evdə 3 xal qazansa hazırkı lider "Qarabağ"la fərqi azaldacaq. Hətta Zaur Svanadzenin rəhbərlik etdiyi komanda Qəbələdəki oyunun nəticəsindən asılı olaraq xallarını "qırmızı-qaralar"la eyniləşdirə də bilər. Komandalar bu günədək ölkə çempionatlarında 24 oyun keçirib. Bu görüşlərin 14-ü paytaxt klubunun, 4-ü isə gəncəlilərin qələbəsi ilə yekunlaşıb. Qalan 6 oyunda qalib müəyyənləşməyib. Komandalar bu dəfə 25-ci duelə çıxacaq. Sonuncu dəfə 6 il 4 ay əvvəl qalib gələn "Kəpəz" 11 matçdır qələbəyə sevinə bilmir. Rəqiblərin son üç oyununda heç-heçə qeydə alınıb.

Azərbaycan Premyer Liqası, XV tur

28 yanvar
15:00. "Qəbələ" - "Sumqayıt"

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Arif Fərəcov
Hakim-inspektor: Şaiq Həmidov
Qəbələ şəhər stadionu

17:30. "İnter" - "Kəpəz"
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Ziya Nəsirov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Məlik Həsənov
"İnter Arena"

Qeyd edək ki, turun digər iki oyunu sabah keçiriləcək. "Zirə" AZAL-ı, "Qarabağ" isə "Neftçi"ni qəbul edəcək.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol