Avropa Şurasının baş katibi Gürcüstanda səfərdədir
Avropa Şurasının baş katibi Turbyorn Yaqlandın Gürcüstana rəsmi səfəri başlayıb.
ANN.Az Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan KİV-i məlumat yayır. Məlumata əsasən, o, yanvarın 29-da ölkəyə səfər edib.
T.Yaqland səfər çərçivəsində Gürcüstanın xarici işlər naziri Mixali Canelidze ilə görüşüb. Səfərdə 2016-2019-cu illər üzrə Gürcüstanla Avropa Şurası arasında əməkdaşlığa dair "Fəaliyyət proqramı”nın reallaşması müzakirə olunub.
O, Gürcüstan prezidenti Georgi Marqelaşvili və parlament üzvləri ilə də görüşlər keçirəcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər