• $ 1.7
  • € 2.0018
  • ₽ 0.021637
  • ₺ 0.0397
  • £ 2.293

Tramp Baş prokuroru işdən qovdu

Tramp Baş prokuroru işdən qovdu
31.01.2017 09:25
ABŞ prezidenti Donald Tramp Baş prokuror və Ədliyyə nazirinin səlahiyyətlərini icra edən Salli Yeytsi vəzifəsindən kənarlaşdırıb.

APA-nın xəbərinə görə, bu barədə Ağ Evin məlumatında deyilir. 
 
Buna səbəb  Salli Yeytsin verdiyi son bəyanat olub. Trampın qərarlarının qanuniliyini şübhə altına alan Salli Yeyts bildirib ki, Ədliyyə nazirliyi prezidentin miqrasiya ilə bağlı son fərmanlarını məhkəmədə müdafiə etməyəcək.

Ağ evin məlumatına əsasən, Ədliyyə nazirliyinə müvəqqəti olaraq Virciniya ştatının prokuroru Dana Boente rəhbərlik edəcək.

Qeyd edək ki, Donald Tramp ABŞ Baş prokuroru vəzifəsinə Ceff Seşnsın namizədliyini irəli sürüb.

Bundan əvvəl 16 ştatın baş prokuroru  ABŞ prezidenti Trampın miqrasiya siyasətinə qarşı birgə bəyanat  yayaraq dövlət başçısının fərmanlarını qeyri-qanuni adlandırıb, ölkənin milli maraqlarına zidd olduğunu bildiriblər.

Xatırladaq ki, D. Tramp İraq, İran, Suriya, Sudan, Yəmən. Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb. Bundan əlavə, D. Tramp qaçqınların ABŞ-da yerləşdirilməsi barədə proqramı 120 gün müddətində dayandırıb.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya təyyarəsi təcilieniş edib
Dünya 11:09
Rusiya təyyarəsi təcilieniş edib
Qəzza sazişinin ikinci mərhələsi yanvarda başlayacaq
Dünya 10:36
Qəzza sazişinin ikinci mərhələsi yanvarda başlayacaq
Ərdoğan liviyalı həmkarına başsağlığı verib
Dünya 23:08
Ərdoğan liviyalı həmkarına başsağlığı verib
"Fənərbaxça" klubunun prezidenti yenidən saxlanılıb
Dünya 21:48
"Fənərbaxça" klubunun prezidenti yenidən saxlanılıb
Yaponiyada doğum sayı 2025-ci ildə rekord minimuma enə bilər
Dünya 16:26
Yaponiyada doğum sayı 2025-ci ildə rekord minimuma enə bilər
İsxak Hersoq Azərbaycan Prezidentinə zəng edib
Dünya 15:56
İsxak Hersoq Azərbaycan Prezidentinə zəng edib
Avstraliya nasist simvolları nümayiş etdirən Britaniya vətəndaşının vizasını ləğv edib
Dünya 13:52
Avstraliya nasist simvolları nümayiş etdirən Britaniya vətəndaşının vizasını ləğv edib
Ukrayna üçün sülh planının 20 bəndi açıqlanıb
Dünya 13:32
Ukrayna üçün sülh planının 20 bəndi açıqlanıb
Ermənistanda parlament seçkiləri iyunun 7-si keçirilə bilər
Dünya 12:24
Ermənistanda parlament seçkiləri iyunun 7-si keçirilə bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol