• $
  • £

“Qəbələ” keçmiş hücumçusunu geri qaytardı

“Qəbələ” keçmiş hücumçusunu geri qaytardı
31.01.2017 18:29
"Qəbələ” qış transfer pəncərəsində heyətinə daha bir futbolçu cəlb edib.

Lent.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, mövsümün ilk yarısından sonra yarımmüdafiəçisi Araz Abdullayev və müdafiəçi Rasim Ramaldanovla müqavilə imzalayan "qırmızı-qaralar” hücum xəttini Daniel Subotiç ilə gücləndirib.

 28 yaşlı hücumçu ilə 6 aylıq müqavilə imzalanıb. 2,5 illik fasilədən sonra "Qəbələ”yə qayıdan isveçrəli futbolçu 2013-2014-cü illər mövsümündə də "qırmızı-qara” forma geyinib. Hücumçu komandamızın heyətində Premyer Liqada 29 oyunda 12, Azərbaycan kubokunda 1 qol vurub. O, ölkə çempionatının bürünc mükafatçısı və kubokun finalçısı olub. Bosniya və Herseqovina əsilli futbolçu 2013-cü ilin dekabrında Premyer Liqanın ən yaxşı futbolçusu seçilib.

İsveçrənin "Bazel” klubunun yetirməsi olan Subotiç peşəkar karyerasına İngiltərədə başlayıb. 2008-2010-cu illərdə "Portsmut”a məxsus olan hücumçu icarə əsasında Belçikanın "Zulte-Varegem” (2008-2009) və İtaliyanın "Qrosseto” (2010) klublarında çıxış edib. Rumıniyada Krayovanın "Universtatya”  (2011) və "Tarqu Mureş” (2011-2012) komandalarının ardından Ukraynaya yollanan forvard 2012-13-cü illərdə "Volın”da forma geyinib. "Qəbələ”də keçirdiyi 2013-2014-cü illər mövsümünün ardından isveçrəli Küveytə yollanaraq 2014-2015-ci illərdə "Qadisiya” klubunda çıxış edib. 2015-ci ilin yayında Moldovanın "Şerif” klubu ilə anlaşan Daniel son 1,5 ili bu komandada keçirib. O, 2015-2016-cı illər mövsümündə Moldova çempionatının ən yaxşı bombardiri adına yiyələnib.

"Qəbələ”nin yeni transferi İsveçrə milli komandasının da şərəfini qoruyub. O, 2007-2008-ci illərdə U-19 yığmasında çıxış edib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol