• $
  • £

FİDE yeni reytinq siyahısını açıqlayıb

FİDE yeni reytinq siyahısını açıqlayıb
31.01.2017 20:14
Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb.
 
Apasport.az saytının məlumatına görə, fevral üçün müəyyənləşən 100 ən güclü arasında Azərbaycan qrossmeysterlərinin sayı dəyişməz qalıb.
 
Top-100-də yer alan 5 şahmatçımızdan ən yaxşı nəticə son aylar olduğu kimi, yenə  Şəhriyar Məmmədyarova məxsusdu. Ötən ayla müqayisədə 2 pillə irəliləyən həmyerlimiz 11-ci yerə yüksəlib. O, 2766 reytinq xalına malikdi.
 
Son yarışlarda özünü göstərə bilməyən Teymur Rəcəbov (2710) isə geriləməkdə davam edir. Yanvarda oyun keçirməyən həmyerlimiz 35-ci pilləyə enib.
 
Rauf Məmmədov (2688) da mövqeyini yaxşılaşdırıb. O, rəqiblərinin geriləməsi səbəbindən 53-cüdü (+1). Ondan fərqli, Eltac Səfərli (2680) geriləyib. Qrossmeysterimiz yeni siyahıda 5 pillə aşağı endiyindən 60-cıdı. Səfərli bu il keçirdiyi 16 matçda 6 xal itirib.
 
Milliləşdirilmiş yeganə legionerimiz Arkadi Naydiç (2702) də mövqeyini itirənlər sırasındadı. Latviya əsilli zəka sahibimiz 1 rəqibini özündən irəli buraxdığından 42-ci yerə enib.
 
Reytinq siyahısına yenə Maqnus Karlsen (Norveç, 2838) başçılıq edir. Fabiano Karuana (ABŞ, 2827) ikinci olduğu cədvəldə Vladimir Kramnik (Rusiya, 2811) "üçlük”dən kənar qalıb. O, yerini Uelsli Soya (ABŞ, 2822) təhvil verib.
 
Qadınların cədvəlində ən güclülər arasında Azərbaycan təmsilçilərindən yenə Gülnar Məmmədova yer alıb. 2 pillə irəliləyən həmyerlimiz 2401 reytinq xalı ilə 62-ci pillədədi. Bu siyahıya isə çinli Yifan Hou (2651) başçılıq edir.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol