• $ 1.7
  • € 2.0018
  • ₽ 0.021637
  • ₺ 0.0397
  • £ 2.293

İran ABŞ güləşçilərini ölkəsinə buraxmayacaq

İran ABŞ güləşçilərini ölkəsinə buraxmayacaq
03.02.2017 22:59
İranın Xarici İşlər Nazirliyi ABŞ-ın sərbəst güləş üzrə milli komandasının üzvlərinin Dünya Kubokuna buraxılmasına qarşı çıxıb.

"Report”xəbər verir ki, bunu İran XİN-in sözçüsü Bəhram Qasimi İRNA-ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu məsələyə nazirliyin xüsusi komissiyasında baxılıb: "Nəticədə komitə amerikalı idmançıların İrana gəlişinə qarşı oldu. Əsas diqqət ABŞ Prezidenti Donald Trampın 7 ölkə vətəndaşına vizanın verilməsinə məhdudiyyət qoyması haqqında imzaladığı fərmana yönəldilib”.

Yarış fevralın 16-17-də İranın Kirmanşah şəhərində keçiriləcək.

Qeyd edək ki, yanvarın 27-də Donald Tramp ölkəyə giriş qaydalarını sərtləşdirən, eləcə də İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somalidən olan şəxslərin ABŞ-a girişinə 90 gün müddətinə qadağa qoyan sənəd imzalayıb.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif isə amerikalılara İrana səfər etmək üçün viza verməyəcəklərini bildirmişdi. Onun sözlərinə görə, bu məsələdə istisnalar da ola bilər: "İstisnalar olarsa, buna İran XİN-də baxılacaq və sonra qərar qəbul ediləcək".

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya təyyarəsi təcilieniş edib
Dünya 11:09
Rusiya təyyarəsi təcilieniş edib
Qəzza sazişinin ikinci mərhələsi yanvarda başlayacaq
Dünya 10:36
Qəzza sazişinin ikinci mərhələsi yanvarda başlayacaq
Ərdoğan liviyalı həmkarına başsağlığı verib
Dünya 23:08
Ərdoğan liviyalı həmkarına başsağlığı verib
"Fənərbaxça" klubunun prezidenti yenidən saxlanılıb
Dünya 21:48
"Fənərbaxça" klubunun prezidenti yenidən saxlanılıb
Yaponiyada doğum sayı 2025-ci ildə rekord minimuma enə bilər
Dünya 16:26
Yaponiyada doğum sayı 2025-ci ildə rekord minimuma enə bilər
İsxak Hersoq Azərbaycan Prezidentinə zəng edib
Dünya 15:56
İsxak Hersoq Azərbaycan Prezidentinə zəng edib
Avstraliya nasist simvolları nümayiş etdirən Britaniya vətəndaşının vizasını ləğv edib
Dünya 13:52
Avstraliya nasist simvolları nümayiş etdirən Britaniya vətəndaşının vizasını ləğv edib
Ukrayna üçün sülh planının 20 bəndi açıqlanıb
Dünya 13:32
Ukrayna üçün sülh planının 20 bəndi açıqlanıb
Ermənistanda parlament seçkiləri iyunun 7-si keçirilə bilər
Dünya 12:24
Ermənistanda parlament seçkiləri iyunun 7-si keçirilə bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol