• $ 1.7
  • € 2.0018
  • ₽ 0.021637
  • ₺ 0.0397
  • £ 2.293

Tramp məhkəmə qərarını gülünc hesab edir

Tramp məhkəmə qərarını gülünc hesab edir
05.02.2017 16:08
ABŞ prezidenti Donald Tramp Sietldə hakimin miqrasiya fərmanının icrasının qismən dayandırılmasına dair  qərarını gülünc adlandırıb.
 
"Ölkəmizin qayda-qanununa hörmət qoymayan hakimin qərarı gülüncdür və həmin qərar ləğv olunacaq” – deyə Tramp "Twitter”də yazıb.
 
Qeyd edək ki, ötən gün ABŞ-ın Siettl federal məhkəməsi prezident Donald Trampın miqrasiya siyasətini sərtləşdirən fərmanının icrasını müvəqqəti təxirə salıb. Qərar Vaşinqton və Minnesota ştatları tərəfindən qaldırılan iddia əsasında hakim Ceyms Robart tərəfindən qəbul olunub. Bütün ölkə ərazisində qüvvədə olan məhkəmə qərarı ABŞ hökumətinə yeni fərmanın şamil olunduğu şəxslərin deportasiyasını qadağan edir.
 
D. Tramp İraq, İran, Suriya, Sudan, Yəmən. Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb. Bundan əlavə, D. Tramp qaçqınların ABŞ-da yerləşdirilməsi barədə proqramı 120 gün müddətində dayandırıb.
 
Fərman geniş etirazlara səbəb olub. ABŞ-ın 15 ştatının baş prokuroru Trampın bu qərarını qanunsuz adlandırıb. //APA

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya təyyarəsi təcilieniş edib
Dünya 11:09
Rusiya təyyarəsi təcilieniş edib
Qəzza sazişinin ikinci mərhələsi yanvarda başlayacaq
Dünya 10:36
Qəzza sazişinin ikinci mərhələsi yanvarda başlayacaq
Ərdoğan liviyalı həmkarına başsağlığı verib
Dünya 23:08
Ərdoğan liviyalı həmkarına başsağlığı verib
"Fənərbaxça" klubunun prezidenti yenidən saxlanılıb
Dünya 21:48
"Fənərbaxça" klubunun prezidenti yenidən saxlanılıb
Yaponiyada doğum sayı 2025-ci ildə rekord minimuma enə bilər
Dünya 16:26
Yaponiyada doğum sayı 2025-ci ildə rekord minimuma enə bilər
İsxak Hersoq Azərbaycan Prezidentinə zəng edib
Dünya 15:56
İsxak Hersoq Azərbaycan Prezidentinə zəng edib
Avstraliya nasist simvolları nümayiş etdirən Britaniya vətəndaşının vizasını ləğv edib
Dünya 13:52
Avstraliya nasist simvolları nümayiş etdirən Britaniya vətəndaşının vizasını ləğv edib
Ukrayna üçün sülh planının 20 bəndi açıqlanıb
Dünya 13:32
Ukrayna üçün sülh planının 20 bəndi açıqlanıb
Ermənistanda parlament seçkiləri iyunun 7-si keçirilə bilər
Dünya 12:24
Ermənistanda parlament seçkiləri iyunun 7-si keçirilə bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol