• $ 1.7
  • € 2.0018
  • ₽ 0.021637
  • ₺ 0.0397
  • £ 2.293

Ramil Usubov sıra baxışı keçirib

Ramil Usubov  sıra baxışı keçirib
07.02.2017 10:43
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Baş Dövlət Yol Polisi İdarəsi və Bakı Şəhər Baş Polis İdarəsi DYPİ-nin Yol Patrul Xidməti alayları əməkdaşlarının sıra baxışını keçirib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Əlahiddə Çevik Polis Alayında keçirilən, kurator nazir müavininin, DİN-in aidiyyəti Baş İdarə, İdarə və xidmət rəislərinin də iştirak etdikləri tədbirdə nazir yol patrul xidməti əməkdaşlarının düzüldükləri ayrı-ayrı kalonların önündən keçərək onların zahiri görkəmi, fiziki və peşə hazırlığının vəziyyəti ilə maraqlanıb. O, tələb olunan parametrlərə uyğun gəlməyən bəzi əməkdaşların qısa müddətdə öz fiziki hazırlıqlıqlarını və peşəkarlıqlarını artırmalarını, göstərilən nöqsan və çatışmazlıqları aradan qaldırmalarını tələb edib, irad və tövsiyələrini bildirib, ümumən, sıra baxışının nəticələrindən razı qaldığını deyib.

Sonra əməkdaşlar qarşısında çıxış edən R.Usubov Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin parlaq gələcəyinin yüksək biliyə, geniş dünyagörüşə və işgüzarlığa malik vətənpərvər gənclərlə bağlı olduğunu dəfələrlə vurğuladığını, dövlət gənclər siyasətinə uyğun olaraq onların bacarığına, peşəkarlığına, dövlətçiliyə sədaqətlərinə görə irəli çəkilmələrinin ölkə və DİN rəhbərliyinin fəaliyyətində ən ümdə istiqamətlərdən biri olduğunu xatırladaraq son illər yüzlərlə belə gəncin şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında daxili işlər orqanlarında, həmçinin DYP sıralarına xidmətə qəbul olunduqlarını xüsusi qeyd edib.
Ümumilikdə polis peşəsinin çətin və həm də şərəfli olduğunu diqqətə çatdıran daxili işlər naziri xüsusən əhali ilə ən çox təmasda olan yol patrul xidməti əməkdaşlarının insanlara həssas münasibətinin, diqqət və qayğısının həmişə minnətdarlıqla qarşılandığını, belə nümunəvi rəftarın polisin nüfuzunu daha da yüksəltdiyini vurğulayıb, onlar tərəfindən hərəkət iştirakçıları ilə ünsiyyətdə etik davranış qaydalarına daim ciddi riayət edilməsinin, törədilmiş inzibati xətanın yarada biləcəyi mənfi nəticələrin sürücülərə izah olunmasının zəruriliyini bildirib.
Xidməti vəzifələrin uğurla yerinə yetirilməsi üçün bütün lazımi şəraitin yaradıldığını, şəxsi heyətin böyük qayğı ilə əhatə olunduğunu xüsusi qeyd edən nazir R.Usubov Azərbaycan Prezidenti İlham Əliyevin ali diqqətinə və etimadına cavab olaraq hər bir əməkdaşın qanunla müəyyən edilmiş vəzifələri bundan sonra da layiqincə yerinə yetirməli, xalqa, Vətənə ləyaqətlə xidmət etməli olduğunu vurğulayıb.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yağışlı hava ilə əlaqədar Zığ–Hava Limanı yolunda sürət həddi endirilib
Cəmiyyət 15:15
Yağışlı hava ilə əlaqədar Zığ–Hava Limanı yolunda sürət həddi endirilib
2025-ci ildə 440 km-dən çox avtomobil yolu tikilib və təmir olunub
Cəmiyyət 14:57
2025-ci ildə 440 km-dən çox avtomobil yolu tikilib və təmir olunub
Pirotexniki vasitələr satan daha 22 nəfər saxlanılıb
Cəmiyyət 14:44
Pirotexniki vasitələr satan daha 22 nəfər saxlanılıb
Oktay Əsədovun qızı ölüb
Cəmiyyət 14:24
Oktay Əsədovun qızı ölüb
Əli Əsədov təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin məzarını ziyarət edib
Cəmiyyət 14:17
Əli Əsədov təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin məzarını ziyarət edib
BŞTİ-yə 2025-ci ildə 161 mindən çox müraciət daxil olub
Cəmiyyət 13:59
BŞTİ-yə 2025-ci ildə 161 mindən çox müraciət daxil olub
Azərbaycanda silah alveri edən cinayətkar dəstənin üzvləri tutulub
Cəmiyyət 13:53
Azərbaycanda silah alveri edən cinayətkar dəstənin üzvləri tutulub
Bakıda avtobuslar yanvarın 1-də saat 01:30-dək fəaliyyət göstərəcək
Cəmiyyət 13:50
Bakıda avtobuslar yanvarın 1-də saat 01:30-dək fəaliyyət göstərəcək
Təhsil Tələbə Krediti üzrə ən çox bağışlanma tətbiq edilən universitetlər və ixtisaslar açıqlanıb
Cəmiyyət 13:15
Təhsil Tələbə Krediti üzrə ən çox bağışlanma tətbiq edilən universitetlər və ixtisaslar açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol