• $ 1.7
  • € 2.0018
  • ₽ 0.021637
  • ₺ 0.0397
  • £ 2.293

Dünya Bankı TANAP üçün Türkiyəyə $400 mln ayırıb

Dünya Bankı  TANAP üçün Türkiyəyə $400 mln ayırıb
08.02.2017 19:07
Türkiyə hökuməti ilə Dünya Bankı (DB) arasında TANAP layihəsinə 400 mln. dollar məbləğində kreditin ayrılmasına dair razılaşma imzalanıb.
 
"APA-Economics" xəbər verir ki, sənədi DB-nin Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Siril Müller və Türkiyənin BOTAŞ şirkətinin baş direktoru Burah Özcan imzalayıblar.
 
Tədbirdə çıxış edən Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak bildirib ki, gələn il TANAP vasitəsilə Türkiyə ilk qazını alacaq.
 
Xatırladaq ki, ötən ilin dekabr ayının 20-də DB-nin Direktorlar Şurası "Cənub Qaz Dəhlizi" (CQD) layihəsinin reallaşdırılması məqsədilə Azərbaycana 400 mln. dollar həcmində kreditin ayrılmasını təsdiq edib.
 
Kreditlər üzrə benefisiar qismində "Cənub Qaz Dəhlizi" QSC və BOTAŞ çıxış edirlər.
 
Ümumi uzunluğu 1 850 km olan TANAP qaz kəməri "Mərhələ-2" çərçivəsində "Şahdəniz" yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub.
 
17 mart 2015-ci il tarixində Türkiyənin Qars vilayətində TANAP qaz kəmərinin təməlqoyma mərasimi keçirilib. Qaz kəmərinin ötürmə qabiliyyətinin ən azı 16 mlrd. kubmetr təşkil edəcəyi ehtimal olunur. Bu həcmin 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri Türkiyənin qərb regionlarına göndəriləcək
 
TANAP layihəsində şirkətlərin iştirak payı aşağıdakı kimidir: SOCAR - 58%, BP - 12%, BOTAŞ - 30%.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
İqtisadiyyat 09:33
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
Bu günə olan məzənnə
İqtisadiyyat 09:21
Bu günə olan məzənnə
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
İqtisadiyyat 09:14
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
İqtisadiyyat 15:28
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
Qızıl bahalaşıb
İqtisadiyyat 10:13
Qızıl bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:40
Azərbaycan nefti bahalaşıb
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:35
Avro və rubl bahalaşıb - Məzənnə
SOCAR Türkiyədə 870 MVt-lıq elektrik stansiyasını 225 milyon dollara alıb
İqtisadiyyat 14:43
SOCAR Türkiyədə 870 MVt-lıq elektrik stansiyasını 225 milyon dollara alıb
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır- Kampaniya davam edir
İqtisadiyyat 14:37
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır- Kampaniya davam edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol