• $ 1.7
  • € 2.0018
  • ₽ 0.021637
  • ₺ 0.0397
  • £ 2.293

Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib

Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib
11.02.2017 14:21
Zakir Həsənov komandir və rəis heyətinə göstərişlər verib

Silahlı Qüvvələrin Mərkəzi Komanda Məntəqəsində müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə nazirinin müavinləri, Silahlı Qüvvələrin növləri və qoşun qismləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, birlik və birləşmə komandirlərinin iştirakı ilə keçirilən müşavirəyə videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən hərbi hissələrin komandirləri və digər məsul zabitlər də cəlb olunub.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələr qarşısında qoyduğu tapşırıqları şəxsi heyətə çatdıran nazir cəbhə xəttində yaranmış son vəziyyətin təhlilini apararaq qarşıda duran vəzifələri xüsusi qeyd edib. General-polkovnik Z.Həsənov bütün kateqoriyalardan olan komandir və rəis heyəti qarşısında xidməti döyüş fəaliyyətinin artırılması, xüsusilə ön xətdə yerləşən bölmələrin döyüş hazırlığı, müdafiə sisteminin hərtərəfli təminatı, döyüş növbətçiliyinin və qoşunların döyüş qabiliyyətinin daha da təkmilləşdirilməsi ilə əlaqədar göstərişlər verib.

Müşavirədə şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin yüksəldilməsi işinin qəhrəmanlıq nümunələrinə əsaslanaraq həyata keçirilməsi, hərbi qulluqçuların Vətənə, dövlətə və Ali Baş Komandana misilsiz sədaqət ruhunda tərbiyə olunmasının vacibliyi qeyd olunub.

Müdafiə naziri cəbhə xəttində düşmənin fəaliyyətinin daim izlənilməsi, bütün istiqamətlərdə hərbi üstünlüyün və təşəbbüsün əldə saxlanılması, o cümlədən, düşmən təxribatlarına qarşı dərhal və təsirli tədbirlərin görülməsi ilə bağlı müşavirə iştirakçıları qarşısında tapşırıq qoyub.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident onları təltif edib - Sərəncam
Siyasət 13:51
Prezident onları təltif edib - Sərəncam
İlham Əliyev adını tarixə qızıl hərflərlə yazdı -Mixail Saakaşvili
Siyasət 09:39
İlham Əliyev adını tarixə qızıl hərflərlə yazdı -Mixail Saakaşvili
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Siyasət 20:32
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Zakir Həsənov Liviyaya başsağlığı verib
Siyasət 18:33
Zakir Həsənov Liviyaya başsağlığı verib
Maya Sandu Prezident İlham Əliyevi təbrik edib
Siyasət 18:14
Maya Sandu Prezident İlham Əliyevi təbrik edib
Əliyev və Mehriban Əliyeva Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak ediblər
Siyasət 17:35
Əliyev və Mehriban Əliyeva Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak ediblər
Azərbaycanla Türkiyə arasında dini sahədə əməkdaşlıq müzakirə olunub
Siyasət 16:57
Azərbaycanla Türkiyə arasında dini sahədə əməkdaşlıq müzakirə olunub
Ərdoğan İlham Əliyevə zəng edib
Siyasət 16:08
Ərdoğan İlham Əliyevə zəng edib
Kobaxidze Prezident İlham Əliyevə zəng edib
Siyasət 15:17
Kobaxidze Prezident İlham Əliyevə zəng edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol